Məhkəmə qərarları › İş №2(016)-36/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-36/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-36/2023 20.02.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək “Torpağa mülkiyyət hüququna dair” JN- 235F, Kod - 40911018 olan şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan torpaq sahəsini alqısatqı etmək üçün Notariat ofisinə müraciət etmiş, lakin rəsmiləşdirmə aparılan zaman sənədlərində uyğunsuzluq olması müəyyən edilmişdir. Onun “Torpağa mülkiyyət hüququna dair” JN-235F, Kod - 40911018 olan şəhadətnaməsində ad və soyadı Hümbətov Feyyaz yazılması əvəzinə Osmanov Fəyyaz yazılmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına qeydə alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin torpağa mülkiyyət hüququna dair dövlət aktında səhv yazıldığına görə mülkiyyət hüququ üzrə onun adının qeydə alınmasından imtina olunmuş və ona hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vacibliyi bildirilərək ərizə ilə aidiyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan ИE 096967 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1948-ci ildə anadan olmaqla valideynləri X11 və X4r. İş materiallarında olan JN-235F, Kod - 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 nömrəli Qərarı ilə 0.06 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, MPM-in 307.02.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyət vəsiqəsində adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması barədə faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 379 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X2 rayonu, Kalva kəndində yaşamaqla, torpaq islahatı zamanı Ağsu rayonu, Kalva kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında onun soyadı və adı X10 əvəzinə X3 göstərilmişdir. Ağsu rayonu, Kalva kəndində X12 adlı şəxs heç bir vaxt yaşamamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X6nın Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, F.Hümbətovun xx.xx.1948-ci ildə Ağsu rayonunun Kalva İcra Nümayəndəliyində tərtib edilmiş doğum haqqında bərpa akt qeydində atası X11 və anası X8 qeyd edilmişdir. F.Hümbətov xx.xx.1970-ci ildə adıçəkilən qurumda Heybətova (Zərbəliyeva) Təhrizə Bəyalı qızı ilə nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1972-ci ildə Rövşən Hümbətov və xx.xx.1977-ci ildə Gülşən Hümbətova doğulmuşdur. X6 avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən F.Hümbətovun bacı-qardaşı haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarında olan Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 barəsində Ağsu RPŞ-nin Q və ŞVQ-nın mövcuq kartotekasında heç bir məlumat yoxdur. Göründüyü kimi, ərizəçinin soyadı, adı və ata adı doğum haqqında şəhadətnaməsində, eyni zamanda şəxsiyyət vəsiqəsində olduğu kimi – “X10” kimi qeyd edilsə də yalnız JN- 235F, Kod - 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə “X12” kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. MPM-in 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı Qərarı ilə X7 adına verilmiş JN- 235F, Kod - 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ərizəçi X9 məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ağsu rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 07 saylı Qərarı ilə X7 adına verilmiş JN- 235F, Kod - 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ərizəçi X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar