Məhkəmə qərarları › İş №2(016)-435/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-435/2023

20.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-435/2023 20.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X3, X28, X29, X13 iştirakları ilə, X3, X28, X29, X13 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçilər məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsi üzrə JN-0029, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət X10, X28, X29, X22 və mərhum X35 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçilərin əsaslandırması: Ərizəçilər tələbini onunla əsaslandırmışlar ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 13 nömrəli qərarı ilə 6,27 ha çöl torpaq sahəsi X40, X28, X29, X22, X30 və mərhum X44 və X7 mülkiyyətlərinə verilmiş, bu barədə JN-0029, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı hazırlanmışdır. Onlar mülkiyyətlərində olan torpaq sahəsinə çıxarış əldə etmək istəyirlər. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və sənədlərini təqdim etmişlər, lakin həmin idarənin məsul işçiləri sənədləri araşdırarkən onlara JN-0029, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında səhvlər olmasını bildirmişlər. Belə ki, dövlət aktında X4 X11, X5 X14, X1 X8, X12 X17, mərhum xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15 X19 qeyd edilmişdir. Onlar bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxs 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş və həmin dövlət aktında düzəliş edilməsini bildirmişlər. İdarədən onlara bildirilmişdir ki, sözügedən aktı Ağsu rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib olunmuşdur və aktda düzəliş edilməsi mümkün deyildir, bununla bağlı məhkəməyə müraciət etmək hüquqları var. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçilər iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçilərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşə əlavə edilmiş AЗ seriyalı, 382944 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1962-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X37, anası X9r. İşə əlavə edilmiş AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1965-ci ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmaqla atası X38, anası X18r. İşə əlavə edilmiş XVİ ЖГ seriyalı, 374575 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.1992-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X30, anası X23r. İşə əlavə edilmiş XVİ ЖГ seriyalı, 372215 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.1989-cu ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X30, anası X23r. İşə əlavə edilmiş İV-ЖГ seriyalı, 421808 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Dilarə Əliağa qızı ilə xx.xx.1988-ci il tarixdə Ağsu rayonu, Bozavand kənd sovetində nikah qeydə aldırmaqla evlənib ailə qurmuşlar. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X30 xx.xx.2005-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2005-ci ilin oktyabr ayının 22-də 06 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş AZ-İ seriyalı, 460460 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 Güldanə Maxsud qızı ilə xx.xx.2009-cu il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsində nikah qeydə aldırmaqla evlənib ailə qurmuşlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 294925 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X44 xx.xx.2014-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin fevral ayının 08-də 03 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0029, Kod: 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X30, X16, X31, X36, X24, X45, X27 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 13 iyul tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 6,27 ha torpaq sahəsi verilmişdir. İş materillarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının Bozavand kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 515 saylı arayışdan görünür ki, həqiqətən torpaq islahatı zamanı Ağsu rayonu Bozavand kəndi ərazisində pay torpaq sahəsi almaq üçün hüquqi olan subyektlərin siyahısında onun soyadı və atasının adı X29 əvəzinə texniki səhv olaraq X36, baldızı adı, soyadı və atasının adı İsayeva (Quliyeva) Güldanə Maxsud qızı əvəzinə X24, mərhum oğlu soyadı və atasının adı X44 əvəzinə X45, oğlu soyadı və atasının adı X40 əvəzinə X17 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu Rayon Poils Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkalarından görünür ki, X22 xx.xx.1989-cu ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X30, anası X29, X40 xx.xx.1992-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X30, anası X29, X28 xx.xx.1962-ci ildə Ağsu rayonu, Bozavand kəndində anadan olmaqla atası X37, anası X16, X29 xx.xx.1965-ci ildə Kürdəmir rayonu, Ərəbqubalı kəndində anadan olmaqla atası Əliağa Qafarovdur. Göründüyü kimi, ərizəçilərin və X32 adları doğum haqqında şəhadətnamələr, ölüm haqqında şəhadətnamə və digər sənədlərdə X28, X29, X22, X40 və X20 qeyd edilsə də, yalnız JN-0029, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında “İsayeva Saray” Ələşrəf qızı səhvən “Əliyeva Maray” Ələşrəf qızı kimi, “İsayeva” Dilarə “Əliağa” qızı səhvən “Əliyeva” Dilarə “Əlağa” qızı kimi, “Quliyeva” Güldanə Maxsud qızı səhvən “Əliyeva” Güldanə “Məxsud” qızı kimi, “İsayev” Əşrəf “Maxsud” oğlu səhvən “Əliyev” Əşrəf “Məxsəd” oğlu kimi, “İsayev” Nail Maxsud oğlu səhvən “Əliyev” Nail “Maxsad” oğlu kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. MPM-in 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, JN-0029, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş “Əliyeva Maray” Ələşrəf qızının “İsayeva Saray” Ələşrəf qızı, “Əliyeva” Dilarə “Əlağa” qızının “İsayeva” Dilarə “Əliağa” qızı, “Əliyeva” Güldanə “Məxsud” qızının “Quliyeva” Güldanə “Maxsud” qızı, “Əliyev” Əşrəf “Məxsəd” oğlunun “İsayev” Əşrəf “Maxsud” oğlu və “Əliyev” Nail “Maxsad” oğlunun “İsayev” Nail “Maxsud” oğlu olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0029, kod 40906018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş “Əliyeva Maray” Ələşrəf qızının “İsayeva Saray” Ələşrəf qızı, “Əliyeva” Dilarə “Əlağa” qızının “İsayeva” Dilarə “Əliağa” qızı, “Əliyeva” Güldanə “Məxsud” qızının “Quliyeva” Güldanə “Maxsud” qızı, “Əliyev” Əşrəf “Məxsəd” oğlunun “İsayev” Əşrəf “Maxsud” oğlu və “Əliyev” Nail “Maxsad” oğlunun “İsayev” Nail “Maxsud” oğlu olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar