Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-45/2024 12.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X20 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Maraqlı şəxs başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini X8 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1991-ci ildə anadan olmuş qardaşı X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci təvəllüdlü X12 onun qardaşıdır. xx.xx.2009-cu il tarixdən Tibbi-Sosial Komissiyaları tərəfindən keçirilmiş müayinəyə əsasən o “serebral iflicinin əlamətləri yuxarı ətraların dərin paraparezi, aşağı ətrafların paraplegiyası” diaqnozu ilə birinci dərəcəli əlillik təyin edilmişdir. Həmin Əlillik ilə bağlı xx.xx.2001-ci il tarixində 015975 nömrəli vəsiqə təyin olunmuşdur. Ağsu RMX X19 verdiyi xx.xx.2023-cü il tarixli 6-15/2-ə-301-660/2023 saylı arayışdan görünür ki, o, həqiqətən Ağsu RMX PHŞ-in psixatrik kabinetində dispanser qeydiyyatda olmaqla 1994-cü il tarixdən uşaqlıqdan əlildir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Eyni zamanda göstərdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X1 yol vermədiyindən, onun məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Buna görə də, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Maraqlı şəxs başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini X13 tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE № 17683704 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X12 xx.xx.1991-ci il tarixdə doğulmuşdur. - AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə doğulmuşdur. - Ağsu rayon Rəhimli kənd ərazi dairəsi tərəindən verilmiş xx.xx.1992-ci il tarixli XVİ- ЖГ №374364 serialı X4 surətindən grünür ki, X12 xx.xx.1991-ci il tarixdə Ağsu rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 4 № ilə qeyd edilmişdir. X5, anası X2r - Ağsu rayon RMX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağsu rayonu Qaradağ kənd sakini xx.xx.1991-ci təvəllüdlü X12 həqiqətən də uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, yuxarı ətrafların dərin para-parezi, aşağı ətrafların paraplegiyası, yerdəyişmənin mümkünsüzlüyü xəstəliyi diaqnozu ilə əlaqədar Ağsu rayon RMX PHŞ-in psixatrik kabinetində dispanser qeydiyyatdadır. 1994-cü il tarixdən uşaqlıqdan əlildir. - Maraqlı şəxs Başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Ağsu rayon Qaradağ kəndində yaşayır. Ailə tərkibi anası - X7 (1965 təvəllüdlü), qardaşı - X12 (1991 təvəllüdlü), arvadı - X3 (1995 təvəllüdlü), qızı - X16 (2013 təvəllüdlü), oğlu - X17 (2015 təvəllüdlü). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3554 saylı rəyindən görünür ki, X10 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən edilir. X12 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X12 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X12 onda müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan qardaşı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1991-ci il tarixdə anadan olan X12 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il tarixdə anadan olan X12 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-45/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-45/2024
12.02.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver