Məhkəmə qərarları › İş №2(016)-480/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-480/2023

06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-480/2023 06.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X4 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh “Azəriqaz” X3 regional Qaz İstismarı İdarəsinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh “Azəriqaz” X3 regional Qaz İstismarı İdarəsinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı X2-nin cavabdeh “Azəriqaz” X3 regional Qaz İstismarı İdarəsinə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə 2(016)-480/2023 nömrəli mülki iş baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, o, məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məlumat verməməsinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərsə, MPM-in 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar