Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-512/2023 18.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X16 Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Esma Kərim qızının katibliyi, Ərizəçi X3, Maraqlı şəxsin nümayəndəsi Ağsu rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər komissiyasının üzvü Umud Cavidin iştirakları ilə, Ərizəçi X3 “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi X6 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1999-cu ildə anadan olmuş oğlu X9 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu təvəllüdlü X7 rayonu Cəlayır kəndində anadan olmuşdur. Oğlu fiziki cəhətdən qüsurludur.Belə ki,Ağır dərəcəli anadangəlmə “kəmağıllılıq,kəskin ifadəli davranış pozuntuları” xəstəliyi ilə Ağsu RMX PHŞ-in psixatrik kabinetində dispanser qeydiyyatdadır.Oğlu 1-ci qrup əlildir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Eyni zamanda göstərdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X2 yol vermədiyindən, onun məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. Buna görə də, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi tələbin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və bu səbəbdən də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1999-cu il tаriхdə vеrilmiş AZ № 185051 saylı doğum haqqında şəhаdətnаmənin surətindən görünür ki, X13 xx.xx.1999-cu il tarixdə Ağsu şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 99 № ilə qeyd edilmişdir. Atası MirzəyevDavud Tofiq oğlu, anası X4r. - Ağsu rayon RMX tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ağsu rayonu Cəlayir kənd sakini xx.xx.1999-cu təvəllüdlü X13 həqiqətən də ruhi-əsəb xəstəliyi ilə əlaqədar aşağıda göstərilən diaqnozla Ağsu rayon RMX PHŞ-in psixatrik kobinetində dispanser qeydiyyatdadır. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 rayon Cəlayır kəndində yaşayırlar. - Ağsu rayon İcra Hakimiyyəti Başçısının Ağsu Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 rayon Cəlayır kəndində yaşayırlar. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən verilən xx.xx.2023-cü il tarixli 1838 saylı rəyindən görünür ki, X13 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərinin idarə etmək iqtidarında deyildir. Buna görə X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası X3 ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1999-cu il tarixdə anadan olan X13 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X10 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 18 iyun 1999-cu il tarixdə anadan olan X13 fəaliyyət qabiliyyətli olmayan hesab edilsin. Hazırkı qətnamə X9 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçi X5 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-512/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-512/2023
18.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver