Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-517/2023 12.06.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi ilə, İddiaçı X5 cavabdeh Ağsu Rayon Notariat Ofisinə qarşı «miras paylarının müəyyən edilməsi» tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 qarşı «miras paylarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu şəhərində xx.xx.1966-cı il tarixdə vəfat etmiş atası X1 Ağsu şəhəri, Ə.Qarayev küçəsi, ev 3-də yerləşən yaşayış evinə mirası qəbul etməyi faktının müəyyən edilməsini, sahənin mərhum anasına düşən payının miras şərikləri olan o və cavabdeh X4 arasında bölüşdürülərək miras paylarının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X2 əsl cavabdeh Ağsu Rayon Notariat Ofisi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı X5 cavabdeh Ağsu Rayon Notariat Ofisinə qarşı «miras paylarının müəyyən edilməsi» tələbinə dair 2(016)-517/2023 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-517/2023
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-517/2023
12.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver