Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-53/2025 17.01.2025 AĞSU RAYON MƏHKƏMƏSİ X24 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Maraqlı şəxs, onun strukturuna daxil olan filian və yerli qurumlarının nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialının cəlb edildiyi “hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında audio və video yazı aparılmaqla baxaraq, məhkəmə. MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının xx.xx.1997ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X9 məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X14 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda o ailə başçısını itirməyə görə müavinət almaq istəyir. Sənədlərini DSMF-nun Ağsu rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi filialından rəsmi olaraq ona cavab verilmişdi ki, Dövlət arxivinin Ağsu rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli cü il tarixli arxiv arayışında Nazeykənin adı bəzi yerdə Nəzakət kimi, bəzi yerlərdə isə Nazifə kimi yazılmışdır. Bu səbəbdən həmin arayışda göstərilən illəri onun sığorta stajına daxil etmək mümkün deyil. Həmin arayışı X2na məxsus olmasını müəyyən edən məhkəmə qərarı olduqda bu illər onun sığorta stajına daxil edilə bilər. Əlavə olaraq bildirmişdir ki, Əliyeva (qızlıq soyadı Kərimova) Nazeykə Ağa qızı xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonu Gəgəli kəndində anadan olmuşdur. El arasında hamı onu Nəzakət kimi tanıyırdı. Bəzən Nazifə də deyən olurdu. Bu səbəbdən o, kolxozda işə girən zaman bəzi əməkhaqqı sənədlərində, o cümlədən 1975- 1984-cü illərə aid Gəgəli kəndi “Paris Komunası” kolxozunda işlədiyi müddəti özündə əks etdirən 01 avqust 2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışında da adı həm Nazeykə, həm Nəzakət və həm də Nazifə kimi yazılmışdır. Bu müxtəlifliklərə baxmayaraq Ağsu rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışı mərhum həyat yoldaşı X9 məxsusdur. Bunu təsdiq edəcək şahidləri və sənədləri vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Mü ilahəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı etiraz ərizəsində qeyd etmişdir ki, Ərizəçi ərizə ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək ' Ağsu rayon Dövlət Arxivinin 01,08,2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 nömrəli arxiv arayışının X9 məxsus olması faktının müəyyən edilməsinə "dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin mərhum həyat yoldaşı Əliyeva (Kərimova) Nazeykə Ağa qızı barəsində verilmiş Ağsu rayon Dövlət Arxivinin xx.xx.2024cü il tarixli 3~48-5RA/2-Ə-xx-xx/2024 nömrəli arxiv arayışında onun adının bəzi dövrlər üzrə fərqli qeyd olunması səbəbilə ərizəçiyə ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, sözügedən arxiv arayışında qeyd olunmuşdur ki, arxiv kitablarının səhifələrində pozuntu və qaralama olduğundan X4 adı 1975,1984-cu illərdə Kərimova Nazeykə, 1976,1977,1978.1980,1981 -ci illərdə Kərimova Nəzakət, 1979,1982,1983-cü illərdə isə Kərimova Nazifə kımı qeyd edilmişdir. Hesab edirik ki, icraatınızda olan 2(016)-1234/2024 nömrəli ış üzrə ərizə əsassızdır və təmin olunmamalıdır. Nəzərinizə çatdırırıq ki, məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərim təmin etməklə əsasən düzgün həll etməlidirlər. Bununla yanaşı, bu kateqoriyadan olan işlərə baxılarkən məhkəmələr tərəfindən bir sıra hallarda maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilir, prosessual qanunverciliyin tələblərinə əməl edilmir. {Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarı) Belə ki, ərizələrə lazımi sənədlərin əldə edilməsinin, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin qeyri-mümkün olmasını təsdiq edən sübutlar əlavə edilmədiyi, işə xüsusi icraat qaydasında baxılması istisna edildiyi halda və yaxud heç bir hüquqi nəticə doğurmayan hüquqi faktların müəyyən edilməsinə dair ərizələrə baxılaraq qətnamə qəbul edilir. Eləcə də, hüquqi faktın müəyyən edilməsində maraqlı şəxslərin dairəsi müəyyən edilərək onlar işə cəlb edilmir, bəzən faktın müəyyən edilməsi ilə əlaqədar məsələlər məhkəmələr tərəfindən kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırılmır, iş üzrə qəbul edilmiş məhkəmə aktları prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmir. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və va əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəvvən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və $.) miiöyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1 -ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Alı Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hazırda ərizəçinin müəyyən etmək istədiyi fakt onun həyat yoldaşının adındakı uyğunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılmasıdır. Belə olduğu təqdirdə məhkəmə tərəfindən ilk öncə hüquqmüəyyənedici sənəddə uyğunsuzluğun aradan qaldırılması üçün ərizəçiyə həmin sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilib-edilmədiyi araşdırılmalıdır. Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 6-cı maddəsində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı. atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir; Birincisi: şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); İkincisi: həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; Üçüncüsü: məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, hazırkı işdə hüquqmüəyyənedici sənəddə olan uyğunsuzluğun aradan qaldırılmasına dair müraciət və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə Ağsu rayon Dövlət Arxivinin cavabı mövcud deyildir. İddiaçı Ərizəçi lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 86-cı və 154-cü maddələrini rəhbər tutaraq məhkəmədən Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə ‘hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair 2(016)-1234/2024 nömrəli iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, arxivdə olan kitablardan görünür ki, mərhum arvadının adı həmin kitablarda açıq-aydın görünən düzəlişlərlə dəyişdirilmişdir. Bundan başqa məhkəmə arvadının həmin dövrdə işləməsini təsdiq edən şahidlərdən ikisini gətirmiş, lakin siyahıda adları qeyd olunanların əksəriyyəti öldüyündən onların iştirakını təmin edə bilməmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, ərizəçi mərhum həyat yoldaşının pensiyasını istəyir, lakin yoldaşının stajı lazımı qədər deyil, bu səbəbdən də inkar olunub. Odur ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə ‘hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair 2(016)-1234/2024 nömrəli iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və bununla bağlı etiraz ərizəsinin məhkəməyə daxil olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirmişdir ki, X12 onun qohumudur. Ailə qurmamışdan əvvəl adı X12 olmuşdur. X1 işləyib. Həmin dövrdə o müəllim olmuşdur və X12 onun şagirdi olmuşdur. Onların hamısını işləməyə o aparmışdır. Hətta jurnalda da adı X3 qeyd edilmişdir. Məhkəmə iclasında şahid X10 izahat verərək bildirmişdir ki, Nazeykə ilə 1983-cü ilə qədər bir yerdə işləmişdir. Amma arxiv kitablarında onun adı yoxdur. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirmişdir ki, Asiflə bir məhlədə yaşamışlar. Nazeykəyə el arasında Nazı və Nəzakət də deyirdilər. Amma əsl adı X12 idi. Onlar 1985-ci ilədək pambıq, üzüm yığımında bir yerdə işləmişdirlər. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.1963-cü il tarixli, AЗ № 365830 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1963-cü ildə anadan olmaqla valideynləri X6 və X7r. - Ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1997-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydlər kitabında 14 nömrə ilə qeyd edilmişdir. - xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X12 ilə xx.xx.1984-cü il tarixdə nikahları bağlanmışdır və 7 nömrə ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1963-cü il tarixdə Ağsu rayonu, Gəgəli kəndində anadan olmuş və xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində vəfat etmişdir. Gəgəli kənd inzibati ərazi dairəsində X13 və X15 adında şəxslər yaşamamışlar və qeydiyyatda olmamışdırlar. - Azərbaycan Respublikası Ağsu Rayonu İcra Hakimiyyəti Başçısının Gəgəli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1997-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində vəfat etmişdir. X2 həyat yoldaşı Ərizəçi ilə ölən günə kimi nikahda olmaqla bir yerdə yaşamışlar. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışındn görünür ki, Ağsu rayon Dövlət Arxivində saxlanılan Gəgəli kənd, “Paris Komunası” adına kolxozun 1975-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarından müəyyən olundu ki, mərhum həyat yoldaşı Kərimova (Əliyeva) Nazeykə Ağa qızı “Paris Komunası” adına kolxozda aşağıdakı qaydada işləmişdir: 1975-ci il ərzində 34 gün işləmiş əmək haqqı 50,62 hesablanmış, 1976-cı il ərzində 53 gün işləmiş əmək haqqı 186,05 hesablanmış, 1977-ci il ərzində 121 gün işləmiş əmək haqqı 296,45 hesablanmış, 1978-ci il ərzində 122 gün işləmiş əmək haqqı 318,75 hesablanmış, 1979-cu il ərzində 196 gün işləmiş əmək haqqı 253,44 hesablanmış, 1980-ci il ərzində 140 gün işləmiş əmək haqqı 776,02 hesablanmış, 1981-ci il ərzində 138 gün işləmiş əmək haqqı 765 hesablanmış, 1982-ci il ərzində 181 gün işləmiş əmək haqqı 328,40 hesablanmış, 1983-cü il ərzində 191 gün işləmiş əmək haqqı 440,77 hesablanmış və 1984-cü il ərzində 60 gün işləmiş əmək haqqı 70,20 hesablanmışdır. Qeyd: “Paris Komunası” adına kolxozun 1975- 1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarında X4 adı kitabların tutullarında X3 düşməsinə baxmayaraq kitabların səhifələrində adında pozuntu və qaralama olduğundan adı aşağıda göstərilən kimi qeyd olunmuşdur: 1975, 1984-də Kərimova Nazeykə, 1976,1977, 1978, 1980, 1981-də Kərimova Nazakat, 1979, 1982, 1983-də Kərimova Nazifə. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın 3-17-1/2-Ə-191537/2024 nömrəli, 10 avqust 2024-cü il tarixli məktubundan görünür ki, X8 vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə pensiya hüququ araşdırılması zərurəti yarandığından yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Təqdim edilmiş Ağsu Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X4 adı müxtəlif illərdə Nəzakət və Nazifə kimi qeyd olunduğundan həmin illərin onun sığorta stajına daxil edilməsi və Ərizəçi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra təkrar müraciət əsasında sosial ödəniş hüququna yenidən baxılacaqdır. “İnzibati icraat haqqında” AZərbaycan Respublikası Qanununun 72.1 və 73cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın etiraz ərizəsindən görünür ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb edilməklə ‘hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair 2(016)-1234/2024 nömrəli iş üzrə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, ərizəçinin arvadı X14 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Hazırda o, ailə başçısını itirməyə görə müavinət almaq istəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından rəsmi olaraq ona cavab verilmişdi ki, Dövlət arxivinin Ağsu rayon Dövlət arxivinin xx.xx.2024-cü il tarixli cü il tarixli arxiv arayışında Nazeykənin adı bəzi yerdə Nəzakət kimi, bəzi yerlərdə isə Nazifə kimi yazılmışdır. Bu səbəbdən həmin arayışda göstərilən illəri onun sığorta stajına daxil etmək mümkün deyil. Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra təkrar müraciət əsasında sosial ödəniş hüququna yenidən baxılacaqdır. Bu səbəbdən ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağsu Rayon İcra Hakimiyyəti Ağsu Rayon Dövlət Arxivindən “Paris Komunası” adına kolxozun 1975-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitabları sorğu edilmiş və tərəflərin iştirakı ilə həmin kitablara baxış keçirilmişdir. Baxış zamanı “Paris Komunası” adına kolxozun 1975-1978, 1980-1984-cü illərinə aid əməyin ödənişi üzrə hesab kitablarının tutullarında X4 adı olduğu, lakin kitabların səhifələrində “Nazeykə” adı açıq-aydın gözlə görünən düzəlişlərlə “Nəzakət” (1976-cı ilə aid kitabın 21-cı səhifəsində, 1977-cı ilə aid kitabın 20-cı səhifəsində, 1978-ci ilə aid kitabın 29-cu səhifəsində,1980-ci ilə aid kitabın 41-ci səhifəsində, 1981-ci ilə aid kitabın 137-ci səhifəsində) və “Nazifə” (1979-cu ilə aid kitabının 55-ci səhifəsində, 1983-cü ilə aid kitabın 9-cu səhifəsində) edildiyi müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçinin mərhum həyat yoldaşı Kərimova (Əliyeva) Nazeykə Ağa qızı 1975-1978, 1980-1984-cü illərdə “Paris Komunası” adına kolxozda işləmiş, lakin həmin tarixlərə aid əməyin ödənişi üzrə hesab kitablarının səhifələrində “Nazeykə” adı sonradan gözlə açıq-aydın görünən formada düzəliş edilərək “Nəzakət” və “Nazifə” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, ərizə qismən əsaslıdır. Yəni Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş Əliyeva (Kərimova) Nazeykə Ağa qızına məxsus olması məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla tam təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin ərizəçinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı Əliyeva (Kərimova) Nazeykə Ağa qızına məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə yaşadığı yer üzrə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Azərbaycan Respublikası Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-5RA/2-Ə-xx-xx/2024 saylı arxiv arayışının 1975-1978, 1980-1984-cü il tarixlərinə aid hissəsinin xx.xx.1997-ci il tarixdə vəfat etmiş X9 məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(016)-53/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-53/2025
17.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver