Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-535/2024 17.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, JN 537F Kod 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona məxsus olmasının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1953-cü ildə Ağsu rayonu, Kalva kəndində anadan olmuş, X3 ilə 30 iyun 1978-ci ildə nikaha daxil olmuşdur. Mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı etmək üçün Notariat ofisinə müraciət etmiş, lakin rəsmiləşdirmə aparılan zaman sənədlərində uyğunsuzluq olması müəyyən edilmişdir. Belə ki, onun “Torpağın mülkiyyətə verilməsinə dair” JN-537F, kod-40911018 olan şəhadətnamədə soyadı Qasımov əvəzinə Zülfüqarov yazılmışdır. Həmin torpaq sahəsinin mülkiyyət hüququ əsasında onun adına qeydə alınması üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmiş, lakin şəhadətnamədə səhv yazıldığına görə mülkiyyət hüququ üzrə onun adının qeydə alınmasından imtina edilmiş və ona hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vacibliyi bildirilərək ərizə ilə aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-T seriyalı 237384 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə anadan olmaqla atası X7, anası X4r. - AZ-T seriyalı 026925 nömrəli “Nikah haqqında şəhadətnamənin” surətindən görünür ki, Ərizəçi və X2 arasındakı nikah 30 iyun 1978-ci il tarixdə rəsmiləşdirilmiş, Ərizəçi “Qasımov”, X1 “Qasımova” soyadı verilmişdir. - JN-537F, Kod: 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, X5 mülkiyyətinə Ağsu rayonu Aqrar İslahat Komissiyasının 13 iyul 1998-ci il tarixli, 07 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2023-cü il tarixli Ağsu Rayonu İcra Hakimiyyəti baçısının X13 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1998-ci ilin Aqrar İslahatı zamanı Ağsu rayonunun Kalva kəndi ərazisindən torpaq payı almaq hüququ olan subyektlərin siyahısında onun soyadı “Ərizəçi” əvəzinə texniki səhv olaraq “X8” kimi göstərilmişdir. Vətəndaşın adına verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə (JN 537F Kod ********) bu texniki səhv öz əksini tapmışdır. Əslində isə vətəndaşın ad, soyad və atasının adı həm doğum haqqında şəhadətnaməsində, həm də şəxsiyyət vəsiqəsində Ərizəçi kimi göstərilmişdir. Ağsu rayonu, Kalva kəndində “X8” adında şəxs heç vaxt yaşamamışdır. - DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyət vəsiqəsində adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. O, Kalva kəndinə 2001-ci ildə gəlmiş, artıq 24 ildir ki, Kalva kəndində yaşayır. Elxanın familiyası Qasımovdur, amma digər qardaşları Zülfüqarovdur. Göründüyü kimi, ərizəçinin ad, soyad və ata adı doğum haqqında şəhadətnaməsində və digər sənədlərində “Ərizəçi” oğlu kimi qeyd edilsə də, yalnız JN-537F, Kod: 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə “X12” oğlu kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, X5 adına verilən JN-537F, Kod: 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 adına verilən JN 537F Kod 40911018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-535/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-535/2024
17.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver