Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-545/2023 03.10.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi, Ağsu Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi XXX Umud Cavid oğlunun iştirakları ilə, Ərizəçi maraqlı şəxs Ağsu Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1995-ci ildə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, oğlu - X6 yoldaşı X7 ilə 13 may 2016-cı ildə 145 saylı nikah akt qeydi üzrə nikah qeydə aldırmaqla evlənib ailə qurmuşlar. Ərarvadlıq münasibətlərində olmaqla 13 iyun 2016-cı ildə Xumar və 02 noyabr 2017-ci ildə Cahangir adlı uşaqları anadan olmuşdur. 10 oktaybr 2019-cu il tarixində Ağsu Rayon Məhkəməsinin 2(016)-427/2019 nömrəli qətnaməsinə əsasən nikahları rəsmi olaraq pozulmuşdur. X9 və X3 anaları Salahlı Fəridə tərəfindən 2019-cu il tarixindən atasına atıb getmişdir. X9 və X3 hal-hazırda Ağsu şəhəri, C.Cabbarlı küçəsi ev 24-də onlarla birgə yaşayırlar. Bildirir ki, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağsu MRX Nömrəli 076488 Ambulator Kitabçasından çıxarışına əsasən “yüngül dərəcəli” əqli gerilik və davranış pozuntusu xəstəliyi vardır. İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrinin İdarəetmə X16 X17 X5 xx.xx.2022-ci il tarixli rəyinə əsasən beyin biobeyin bioelektrik altizliyin enməsi və parok sizimlərə mərkəz ənsəpaylarda meyilli. Ağsu MX-nın xx.xx.2023ci il tarixli çıxarışına əsasən həqiqətən X4 anadangəlmə ruhi xəstədir və “Ağsu RMX” PHŞ-in psixiatrik kabinetində dispanserdə qeydiyyatdadır. Əlavə olaraq bildirir ki, oğlu X6 anadangəlmə kəllə beyin travması, əqli zəifliyi, sudurqası, davranış pozuntusu, halsızlıq xəstəliyi var. Həmin diaqnozla bağlı 2007-ci tarixindən 2021-ci ilə qədər İl-dərəcəli əlilliklə bağlı sosial pensiya alırdı, lakin təkrar müayinədən keçirilməsi məqsədi ilə və diaqnozun dəqiqləşdirilməsinə görə pensiya müvvəqəti olaraq dayandırılıb təkrar əlillik təsdiqləmək üçün sənədləri Salyan Rayon Psixiatrik Xəstəxanasındadır. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, oğlu X4 faliyyəti qabiliyyəti olmayan hesab edilməlidir. Bu səbəbdən, onun fəaliyyət qabiliyyəti olmayan sayılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında çıxış edərək bildirdi ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair əsaslar yoxdur. Bu səbədən iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə tərəfələrin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından görünür ki, X6 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Ağsu Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X6 anadangəlmə ruhi xəstədir, yüngül dərəcəli əqli gerilik davranış pozuntusu ilə “Ağsu RMX” PHŞ-in psixiatrik kabinetində dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 2068 saylı rəyindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X2 yüngül dərəcəli əqli gerilik müəyyən edilir. Psixi cəhətdən özünü idarə etmək iqtidarındadır, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsaslar yoxdur. Fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi ərizəçi X1 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əlaqədar hərəkətlərinin mənasını dərk etməməsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini psixi qüsurun mövcudluğu, şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini (ağıl zəifliyi) təsdiq edən faktlar, psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə və digər hallar təşkil edir. Bunlarla yanaşı zəruri sübut kimi isə məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış etdiyindən, şəxsin psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, onun fəaliyyət qabiliyyətli olması barədə rəy verilmişdir. Qeyd edilən məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə X2 ruhi xəstəlik deyil, əqli geriliyin müəyyən edildiyi, lakin müəyyən edilən əqli geriliyin onun öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmasında ifadə olunmamışdır. Beləliklə, X2 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi halları müəyyən edilmədiyindən, eyni zamanda həmin hallara dair hər hansı sübutlar iş materiallarına əlavə edilmədiyindən, məhkəmə hesab edir ki, ərizə əsassızdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edənAnar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-545/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-545/2023
03.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver