Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-553/2024 24.09.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4, Cavabdeh, Maraqlı şəxslər Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh, üçüncü şəxs Ağsu rayon Notariat Ofisi, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı “mirasın qəbul edilməsi, miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2000-ci ildə vəfat etmiş X8 və xx.xx.2008-ci ildə vəfat etmiş anası X9 miras qalmış Ağsu rayonu Çiyni kəndində yerləşən 0,50 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 otaqlı evin miras əmlak kimi tərəflərindən qəbul edilməsinin müəyyən olunması və miras əmlakda paylarının müəyyən olunmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar və Cavabdeh Bəxtiyar oğlu olmaqla 8 nəfər - 5 bacı, 3 qardaşdırlar. Ağsu rayonu Çiyni kəndində doğulmuşlar və hər biri ailə həyatı quranadək həmin ünvanda yaşamışr və daim valideynlərilə ünsiyyətdə olmuş, onlar vəfat etdikdən sonra mirası qəbul etmişlər. X1, X21 həmin ünvanda - Ağsı rayonu Çiyni kəndində yaşamışlar. X3 26 yanvar 2000-ci ildə, anaları X21 xx.xx.2008-ci ildə Ağsu rayonu Çiyni kəndində vəfat etmiş və həmin kənddə dəfn olunmuşlar. Valideynləri vəfat etdikdən sonra onların 1, 3, 40-ı dəfn xərci, qəbirüstünü onlar götürmüşlər. Atalarından miras qalmış əmlakları idarə etmişlər. Onlara valideynlərindən 3 otaqlı mənzil, 50 sot həyətyanı torpaq və pay torpaqları miras qalmışdır. Həmin evdə hal-hazırda cavabdeh yaşayır və torpaqdan istifadə edir. Onlar miras əmlakın qəbulu üçün notariat kontoruna müraciət etmiş, lakin onlara məhkəmə müraciət etmək tövsiyə olunmuşdur. Ona görə ki, onlar üzürlü səbəbə görə vaxtında notariat kontoruna müraciət etməmişlər. Bir az gecikdiyinə görə də, Maraqlı şəxs1 sənədlərini qəbul etməkdən imtina etmişdir. Ona görə ki, müddət keçdiyi üçün bu işə vərəsəlik qaydasında baxılmalıdır, ona görə də məhkəməyə müraciət etməlidirlər. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onlar tərəfdən qəbul olunması müəyyən edilməlidir. Başqa qaydada təsdiq etmək mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Beləliklə, ata-analarından miras əmlak olan 3 otaqlı yaşayış evi və JN 002F, KOD 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd olunan 0.50 ha torpaq sahəsinin onlara çatan payı onlara miras kimi verilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdilər. İddiaçılar İddiaçı3 və İddiaçı5 məhkəməyə teleqram göndərərək işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məhkəmə iclasında çıxış edərək bildirdi ki, ev 3 otaqlıdır, otağn biri lap yararsızdır. Onlar 8 uşaq olmuşlar, ən kiçiyi odur. 7 uşaq təsərrüfatdan ayrılıb, o, həmin evdə qalmışdır. Atası və anası xəstə olub, heç yerdə işləməyiblər, evi o, dolandırmışdır. Anasının və atasının yasını o, vermiş və baş daşlarını düzəltdirmişdir. Bunu kənd camaatı təsdiq edə bilər. Qardaş-bacıları nə vaxt istəsələr gəlib həyətdən ev tikə bilərlər. Üçüncü şəxs Ağsu rayon Notariat Ofisi məhkəməyə ərizə göndərərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Maraqlı şəxs3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, onlar ailədə 8 uşaq olmuşlar və evin ən balaca qızı odur. Evlənərkən ata evindən heç bir əmlak payı aparmayıb. Ata və anasına, o cümlədən, digər iki qardaşına o, baxıb və ata-anasından miras qalan hər bir mülkdə onun da payı var. Əmlakların satılmasını və ona düşən payın verilməsini xahiş etdi. Maraqlı şəxs4 məhkəmə iclasında çıxış edərək bildirdi ki, onlar 8 uşaq olmuşlar və kasıbçılıqla böyümüşlər. Böyüdükdən sonra hər kəs öz həyatını yaşayarkən qardaşı Cavabdeh Bəxtiyar oğlu anasının, atasının bütün öhdəliklərini öz üzərinə götürmüşdür. Atası rəhmətə gedərkən digər bacı və qardaşlarının heç biri öz övladlıq vəzifələrini yerinə yetirməmiş, ancaq kiçik bacısı Sevinc və qardaşı Qəşəm daima ana və atalarının qulluğunda durmuşlar. Əmlakların satılmasını və ona düşən payın verilməsini xahiş etdi. Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nikah haqqında arayışdan görünür ki, X8 və X22 arasındakı nikah xx.xx.1958-ci il tarixdə rəsmiləşdirilmiş, X6 “Əhmədov”, X15 “Əhmədova” soyadı verilmişdir. - İnvertar nömrəsi 161 olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport”undan görünür ki, 1950-ci ildə Ağsu rayonunun Çiyni kəndində tikilmiş fərdi yaşayış evi X2 olmuşdur. - İnvertar nömrəsi 162 olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport”undan görünür ki, 1987-ci ildə Ağsu rayonunun Çiyni kəndində tikilmiş fərdi yaşayış evi X2 olmuşdur. - JN - 002, Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X10, X23, Cavabdeh və Maraqlı şəxs2 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 29 nömrəli qərarı ilə 0,50 ha torpaq sahəsi verilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X18 xx.xx.1960-cı il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmaqla, atası X10, anası X16r. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X18 xx.xx.1960-cı il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmaqla, atası X10, anası X16r. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X24 xx.xx.1965-ci il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmaqla, atası X10, anası X16r. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X24 xx.xx.1966-cı il tarixdə ölmüşdür. - AЗ seriyalı 006672 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 Baxtiyar oğlu xx.xx.1961-ci il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmaqla, atası X10, anası X16r. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, İddiaçı3 Baxtiyar qızı xx.xx.1963-cü il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmaqla, atası X10, anası X16r. - AЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1967-ci il tarixdə Ağsu rayonu, Çiyni kəndində anadan olmaqla, atası X10, anası X16r. - V-ЖГ seriyalı 328656 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. - AZ-İ seriyalı 431708 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - Şamaxı Regional “Asan” Xidmət Mərkəzində Notarat Ofisinin xx.xx.2023-cü il tarixli Notariat Əməliyyatı Aparmaqdan İmtina haqqında qərarından görünür ki, miras qoyan X7 məxsus olmuş Ağsu rayonunun Çiyni kəndində yerləşən torpaq sahəsinə dair İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı4 və İddiaçı2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 aşağıdakı tərkibdə ailə üzvləri var: - arvadı X23 (vəfat edib), qızı-Maraqlı şəxs4, qızı-X18, oğlu-İddiaçı2 Baxtiyar oğlu, qızıl-İddiaçı3 Baxtiyar qızı, oğlu-X24 (vəfat edib), qızı- X20, qızı-X17, oğlu-İddiaçı4 Baxtiyar oğlu, oğlu-Cavabdeh Baxtiyar oğlu. - Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X12 aşağıdakı tərkibdə ailə üzvləri var: - əri X8 (vəfat edib), qızı-Maraqlı şəxs4, qızı-X18, oğlu-İddiaçı2 Baxtiyar oğlu, qızı-İddiaçı3 Baxtiyar qızı, oğlu-X24 (vəfat edib), qızı- X20, qızı-X17, oğlu-İddiaçı4 Baxtiyar oğlu, oğlu-Cavabdeh Baxtiyar oğlu. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, X10 xx.xx.1958-ci ildə Ağsu rayonunun Çiyni icra nümayəndəliyində xx.xx.1942-ci il təvəllüdlü Əhmədova (Məlikova) Sevgülü Əhməd qızı ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.1959-cu ildə Maraqlı şəxs4, xx.xx.1960-cı ildə Şəfəq Əhmədova, xx.xx.1961-ci ildə İddiaçı2, xx.xx.1965-ci ildə Möhkəm Əhmədov, xx.xx.1967-ci ildə Ədilə Əhmədova, xx.xx.1968-ci ildə Sevinc Əhmədova, xx.xx.1970-ci ildə İddiaçı4 və xx.xx.1974-cü ildə Cavabdeh adlı övladları doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə– təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145–ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146–cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1–ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2–ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə istinad olunan hüquq normalarının tələbləri baxımından mübahisənin qanuni və düzgün həll edilməsi üçün ilkin olaraq, miras qoyanın miras toplusuna daxil olan əmlaklarının dairəsinin müəyyən edilməsini, həmçinin həmin əmlaklar üzərində miras qoyanın mülkiyyət və sair əşya hüquqlarına malik olub–olmamasının müəyyən edilməsini zəruri sayaraq, belə hesab edir ki, miras toplusuna daxil olan 0,50 ha mübahisəli torpaq sahəsi JN - 002, Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən Ağsu rayon Aqrar islahat Komissiyasının 14 noyabr 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X10, X23, Cavabdeh və Maraqlı şəxs2 ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ümumi mülkiyyətdə olduğundan, paylar müəyyən edilməmişdir. Həmçinin miras toplusuna İnvertar nömrəsi 161 və 162 olan “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport”lara əsasən 1950-ci ildə və 1987-ci ildə Ağsu rayonunun Çiyni kəndində tikilmiş fərdi yaşayış evi X2 olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, 0,50 ha mübahisəli torpaq sahəsinin mülkiyyətçilərinin payları müəyyən edilmədiyindən və hazırda da tərəflər arasında elə bir razılaşma olmadığından, onları payı bərabər sayılmalıdır. Ona görə də 0,50 ha mübahisəli torpaq sahəsi üzərində ümumi mülkiyyətçilərin hər birinin payı 1/4 hissədə müəyyən edilməlidir. X4, X23 öldüyündən, onların hər birindən 0,50 ha mübahisəli torpaq sahəsinin 1\4 hissəsi miras qalmışdır. Ona görə də 0,50 hektar torpaq sahəsinin 1/4 hissəsi X10, 1/4 hissəsi isə X12 miras toplusuna daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, eləcə də mübahisənin düzgün həll edilməsi üçün vərəsələrin dairəsinin müəyyən edilməsinin zəruriliyini nəzərə alaraq hesab edir ki, mərhum X10 və X12 ölümündən sonra onların birinci növbəli qanun üzrə vərəsələri dairəsinə uşaqları – Maraqlı şəxs4, X18, İddiaçı2 Baxtiyar oğlu, İddiaçı3 Baxtiyar qızı, X20, X17, İddiaçı4 Baxtiyar oğlu və Cavabdeh Baxtiyar oğlu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə hazırkı mübahisənin həlli zamanı miras əmlaka qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik qaydalarının tətbiq edilməsi ilə bağlı qeyd edir ki, miras qoyanlar tərəfindən vəsiyyətnamə qoyulmadığına görə miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən qanun üzrə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçməlidir. Məhkəmə iddianın miras əmlakdan payların müəyyən edilməsi hissəsinə, vərəsələrin dairəsinin müəyyən edilməsi baxımından, qiymət verərək hesab edir ki, xx.xx.1966-cı il tarixdə ölmüş X24 mirasın açıldığı vaxt sağ olmadığından, xx.xx.2000-ci ildə vəfat etmiş X8 və xx.xx.2008-ci ildə vəfat etmiş anası X12 vərəsəsi deyil. İşin müəyyən edilmiş hallarına görə hazırkı iş üzrə vərəsələr – Maraqlı şəxs4, X18, İddiaçı2 Baxtiyar oğlu, İddiaçı3 Baxtiyar qızı, X20, X17, İddiaçı4 Baxtiyar oğlu və Cavabdeh Baxtiyar oğlundan heç biri mirasdan rəsmi olaraq imtina etmədiklərinə görə qanunvericiliyin tələbinə əsasən onların hər biri mirası qəbul etmiş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçılar və miras qoyanın uşaqları mirasdan pay almaq hüququ olan birinci növbəli vərəsələrdir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən qeyd edir ki, mərhum X24 xx.xx.1966-cı il tarixdə ölmüş, onun atası X8 xx.xx.2000-ci ildə, anası X23 xx.xx.2008-ci ildə vəfat etmişdir. Belə olan halda, X8 və X12 hər birindən ayrı-ayrılıqda 1\4 hissədə miras qalmış torpaq sahəsindən və X13 miras qalmış 3 otaqlı evdən miras müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Eyni zamanda göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Ağsu rayonunun Çiyni kəndində yerləşən JN - 002, Kod 40903028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən ümumi mülkiyyətdə olan 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 3 otaqlı evə dair İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 payı 1/16 hissədə müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-553/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-553/2024
24.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver