Məhkəmə qərarları › İş №2(016)-56/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-56/2024

16.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-56/2024 16.01.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «atalığın etiraf olunması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ona məxsus olan 27 yanvar 1966-cı ildə verilmiş doğum haqqında şəhadətnaməsində ata qrafasında atasının X6 olmasının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X1r. Doğum haqqında şəhadətnamədə ata qrafasında atası qeyd olunmamışdır. Doğum haqqında şəhadətnamədə ata qrafasında atası qeyd olunmadığı üçün ondan atalığının kim olunması təsdiq olunmasını tələb edirlər. Hazırda doğum haqqında şəhadətnamədə olan uyğunsuzluğun aradan qaldırılması üçün faktın təsdiqi zəruridir. Həmin doğum haqqında şəhadətnamədə ata qrafasında ata adı qeyd olunmadığı üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında şəhadətnamədə ata qrafasıda atasının qeydə alınmasından imtina edilmiş və ona hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinin vacibliyi bildirilərək ərizə ilə aidiyyatı üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək bildirmişdir ki, onun doğum haqqında şəhadətnaməsində ata adı qeyd edilməmişdir. Odur ki, X3 atası olması faktının müəyyən edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə doğulmuş, “valideynləri” qrafasında anası “X8” olması qeyd edilmişdir. - İ-ИE seriyalı 489507 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X8 arasındakı nikah xx.xx.1968-ci il tarixdə rəsmiləşdirilmiş, X5 “Mikayılov”, X7 “Mikayılova” soyadı verilmişdir. - AZ-İİ seriyalı 207250 nömrəli “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, ona xx.xx.1966-cı il tarixdə Ağsu Rayon Rəhimli Kənd İcra Nümayəndəliyində doğum haqqında akt qeydi tərtib olunarkən valideynlərinin rəsmi nikahı olmadığı üçün doğumu tək anadan doğulmuş uşaq kimi qeydə alınmışdır. Bu səbəbdən, doğum akt qeydində ata haqqında məlumat qrafası boş saxlanılmışdır. Lakin xx.xx.1968-ci il tarixdə valideynləri nikaha girdikdən sonra xx.xx.1966-cı il tarixdə doğum akt qeydində müvafiq qeydlər aparılsa da şöbə rəisinin imzası və möhürü olmadığı üçün informasiya sisteminə bildiriş göndərmək mümkün olmadığından Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ata haqqında məlumat qrafası boş qalmışdır. Bu səbəbdən, akt qeydində düzəliş etmək Maraqlı şəxsndə mümkün deyildir. Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Ərizəçi ilə bir kənddə yaşayır, həm də qohumdurlar. Ərizəçinin atası Ələkbər kişini tanıyırdı, familiyaları Mikayılov olub. Bir evdə yaşayıblar. Seymur hazırda da həmin evdə yaşayır. Seymurun ata və anası rəhmətə gedib. Amma Seymur evin son beşiyi olduğuna görə həmin evdə qalır. Seymur X2r. Beləliklə, ərizəçinin izahatı, şahid ifadəsi və işin digər materialları ilə Ərizəçi atasının xx.xx.2021-ci ildə vəfat etmiş X6 olması faktı tam sübuta yetirildi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Mülki işin materiallarından da görünür ki, ərizəçi anadan olan zaman onun anası X8 ilə X6 rəsmi nikahda olmadıqlarından, o cümlədən ərizəçinin atası öldüyündən, onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxanılmışdır. Ərizəçi hazırda atasının xx.xx.2021-ci ildə vəfat etmiş X6 olması faktının müəyyən edilməsi barəsində ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X3 ərizəçinin atası olması faktının müəyyən edilməsi ərizəçinin atasının ölümü ilə bağlı müəyyən edilmiş hüquqlardan istifadə etməsi üçün hüquqi əhəmiyyətli olduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 307.2.10-cu maddəsinə əsasən, məhkəmə atalığın etiraf olunması faktının müəyyən edilməsi üzrə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, X3 ərizəçinin atası olması faktının müəyyən edilməsi ərizəçinin qanunla müəyyən edilmiş hüquq və imtiyazlardan istifadə etməsi üçün hüquqi əhəmiyyəti olduğundan, habelə X3 ərizəçinin atası olması ərizəçinin izahatı, şahid ifadəsi ilə və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdə Ağsu rayonu, Bozavand kəndində vəfat etmiş X3 – xx.xx.1965-ci il tarixdə Ağsu rayonu, Bozavand kəndində anadan olmuş Ərizəçi atası olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar