Məhkəmə qərarları › İş №2(016)-665/2023

Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-665/2023

11.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-665/2023 11.09.2023 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi, Məmmədova Esma Kərim qızının katibliyi ilə, İddiaçı MTK-nin nümayəndəsi və vəkili Nümayəndə2 Müşviq oğlunun, Cavabdeh X3 və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı MTK-nin cavabdeh X4 qarşı “müqavilənin etbarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı MTK cavabdeh X4 qarşı “müqavilənin etbarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MTK-nin vəkili Nümayəndə2 Müşviq oğlu məhkəmə iclasında İddiaçı MTK-nin direktoru X1 tərəfindən təsdiq edilmiş iddiadan imtina ərizəsini məhkəməyə təqdim edərək iddiadan imtina etdiklərini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək ərizənin verilməsinin əsl məqsədini bilmədikləri üçün ərizə ilə razı olmadığını billdirmiş və mülki işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 nümayəndəsi və vəkilinin dedikləri ilə razı olduğunu iddiadan imtina barədə ərizə ilə razı olmadığını billdirmiş və mülki işə mahiyyəti üzrə baxılıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iddiaçı iddiadan imtina etdikdə iş üzrə icraata xitam verilməli və işin icraatına xitam verildikdə də eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddiadan imtina barədə ərizə qəbul olunmalı, iş üzrə icraata xitam verilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 261.0.4, 263, 264, 268 və 269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MTK-nin cavabdeh X4 qarşı “müqavilənin etbarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtina etmə barədə ərizəsi qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Unibank KB ASC vasitəsi ilə dövlət büdcəsinə ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzi üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar