Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-72/2023 03.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxslər Ağsu rayon Qeydiyyat şöbəsi və DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum atası atasının adına Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ 207158 nömrəli ölüm haqqında şəhadətnamənin və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın mərhum X7 məxsus olması faktının müəyyən edilməsi və həmin orqanların sistemlərində düzəliş edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onlar əvvəllər ailəsi ilə birlikdə Bakı şəhərində yaşamışlar. Mərhum atası X11 2003-cü ildə Ağsu şəhərindəki H.Əliyev küçəsində yerləşən 69 A nömrəli evi (sonradan evin nömrəsi 53 olmuşdur) almış, o vaxtdan köçüb orda yaşamışlar. Atası xx.xx.2021-ci ildə Ağsu şəhərində ölmüşdür. 2003cü ilədək olan sənədlərdə atasının adı “Əhmədəli” kimi yazılsa da 2003-cü ildə aldığı evə dair “Hüquqların Dövlət Qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət Reyestrində RX seriyalı, ******* nömrəli çıxarışda mərhum atası “X17” kimi göstərilmişdir. Həmçinin atası haqqında Ağsu Rayon Qeydiyyat orqanı tərəfindən verilmiş AZ-İİ 207158 nömrəli ölüm haqqında şəhadətnamədə atası “X17”-nun 06 sentyabr 2021-ci ildə öldüyü göstərilmişdir. Hazırda ata və anası öldüyündən, qardaşları da Ağsu şəhərində yaşamadığından qardaşlarının razılığı ilə o, evi satıb Bakı şəhərinə köçmək qərarına gəlmişdir. Evə alıcı tapmış, həmçinin Bakı şəhərində özünə iş tapmışdır. Evi satmaq barədə qardaşı ona etibarnamə də vermişdir. Bununla əlaqədar Ağsu Rayon notarius ofisi müdirinin qəbulunda olmuş ona deyilən bütün lazımi sənədləri toplayıb gətirib notarius ofisinin müdirinə təqdim etmiş, o, sənədlərlə tanış olub atasının adının müxtəlif sənədlərdə fərqli olduğunu aşkara çıxararaq bunun yalnız məhkəmə qaydasında bir adda tanınması barədə qərar çıxarılandan sonra notariat əməliyyatlarının eləcə də “vərəsəlik” şəhadətnaməsinin açılmasının mümkünlüyü ona izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məlumat verməmişlər. Maraqlı şəxslərin məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 1182/9 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmaqla, atası X11, anası X8r. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 439503 nömrəli arayışdan görünür ki, X11 ilə X10 arasında olan nikah xx.xx.1965-ci il tarixdə rəsmiləşdirilmiş, X7 Əhmədov, X3 Əhmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 568630 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 207158 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X14 adına xüsusi mülkiyyət hüququ ilə, 0.0739 ha torpaq sahəsi isə X17, X13 və X9 adına paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli vəsiyyətnamədən görünür ki, X6 şəhəri, H.Əliyev küçəsi, ev 65 A ünvanında yerləşən fərdi yaşayış evini və 0,0739 ha torpaq sahəsindən ona çatan hissəni xx.xx.1979-cu ildə anadan olmuş oğlu X15 vəsiyyət edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 578 saylı məktubdan görünür ki, onun mərhum atası X4 doğumu haqqında akt qeydi “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdıılmış qeydiyyat informasiya sistemində və Ağsu Rayon Qeydiyyat Şöbəsində aşkar edilməmişdir. İş materiallarında olan DƏDKR publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışda, ləğv edilmiş X16 Komitəsi tərəfindən tərtib olunmuş JN-1256A, kod 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və mərhum atasının şəxsiyyətini təsdiq edən sənəddə atasının adı X5 qeyd olunmuşdur. RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışda qeyd olunan adlar mərhum atası tərəfindən təqdim edilmiş şəxsiyyət vəsiqəsinə əsasən tərtib edildiyi üçün adlarda düzəliş edilməsi mümkün deyil. Buna görə də aidiyyəti üzrə müraciət etməlidir. Göründüyü kimi, ərizəçinin mərhum atasının adı 2003-cü ilə kimi verilmiş bütün sənədlərdə “X11” kimi qeyd edilsə də, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 207158 nömrəli ölüm haqqında şəhadətnamədə “X17” kimi qeyd edilməklə səhvə yol verilmişdir. Belə olan halda, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Məhkəmə hesab edir ki, “RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və Ağsu rayon Qeydiyyat şöbəsitərəfindən verilmiş AZ-İİ 207158 nömrəli ölüm haqqında şəhadətnamədə “X17” kimi qeyd edilən şəxsin X11 olması faktının müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda və Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 207158 nömrəli ölüm haqqında şəhadətnamədə “X17” kimi qeyd edilən şəxsin X11 olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-72/2023
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-72/2023
03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver