Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-74/2024 06.03.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı1 (həmçinin iddiaçı X8 nümayəndəsi), Cavabdeh1 nümayəndəsi X6 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X8 cavabdehlər Cavabdeh1 və Şamaxı Regional Cavabdeh2ndə notariat ofisinə qarşı “mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, miras əmlak olan ünvan 1ində yerləşən 7.70 ha torpaq sahəsinə dair mirasın qəbulundan imtina edilməsi barəsində iddiaçılar İddiaçı1 və X11 tərəfindən Şamaxı Regional Cavabdeh2 notariat ofisində verilmiş 29 iyul 2023-cü il tarixli ərizələrin etibarsız hesab edilməsi, Şamaxı Regional Cavabdeh2 notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş 03 avqust 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi və ataları X1 miras qalmış ünvan 1ində yerləşən 7.70 ha torpaq sahəsinin bütün vərəsələr arasında paylar bərabər olmaqla bölünməsini xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, ataları X7 31 mart 2003-cü ildə vəfat etmişdir. Ataları rəhmətə gedənə qədər ünvan 1ində yerləşən evində yaşamışdır. Ailədə 4 qardaş və 6 bacı olmaqla 10 övlad olmuşlar. Övladlardan 4 oğullar böyüyüb həddi-buluğa çatdıqdan sonra ata evini tərk etmişlər. Hazırda da qardaşı Ağayev Mənsim valideynlərindən qalan evdən, torpaq sahəsindən istifadə edir və heç birini də ata evinə, torpaq sahəsinə yaxın buraxmır. Bu səbəbdən də digər qardaş və bacılarla danışıb razılaşmışlar ki, atalarından miras qalan əmlaklara dair vərəsəlik açdırsınlar və əmlak vərəsələr arasında bərabər paylara bölünsün. Əmlakların sənədlərini araşdırarkən məlum olmuşdur ki, evin sənədləri qaydasında olmadığı üçün evə dair vərəsəlik açılması mümkün olmayacaq, yalnız ünvan 1ində yerləşən 7.70 ha torpaq sahəsinə dair vərəsəlik açılması mümkündür. Bundan sonra, qardaşı Ədalət Ağayev onları inandırmış və söz vermişdir ki, onlara, yəni Kərimova (Ağayeva) Gülbarə Əlləzi qızına və X9 ayrı-ayrılıqda 8.000 manat məbləğində pul verəcək və onlar da atalarından miras qalmış əmlakdan imtina etsinlər. Onlar da qardaşı Ədalətə inanaraq razılaşmış, notariusa gedib atalarından miras qalmış torpaq sahəsindən imtina etmişlər, bundan sonra qardaşı Ədalət hər birinə 8.000 manat pul verəcək. Bu məqsədlə Şamaxı regional "ASAN xidmət" mərkəzinin notariat ofisinə getmişlər və orada bildirilmişdir ki, qardaşı X15 vətəndaşı olduğu üçün onun adına vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Buna görə qardaşı təklif etmişdir ki, sizə olunan təklif qüvvədə olmaqla, şəhadətnamə tam pay hüququ ilə bacısı Cavabdeh1 adına verilsin. Onlar da təkliflə razılaşmış və hər biri əmlakdan imtina barədə ərizə yazdıqdan sonra bacısı Cavabdeh1 adına atalarından miras qalmış ünvan 1ində yerləşən 7.70 ha torpaq sahəsinə dair 03 avqust 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Sonradan qarşı tərəf onlara verdiyi sözü, vədi yerinə yetirməkdən yayınmış, bu müddətdə aramızda bir neçə dəfə bu barədə mübahisələr olmuş və sonda qarşı tərəf onlara verdiyi vədi yerinə yetirməyəcəyini bildirmişdir. Hesab edir ki, onlar aldadılma nəticəsində atalarından miras qalmış əmlakdan imtina etmişlər və bu səbəbdən cavabdeh Şamaxı regional "ASAN xidmət" mərkəzinin notariat ofisi tərəfindən verilmiş 03 avqust 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə ləğv edilməli, həmin əmlak bütün vərəsələr arasında paylar bərabər olmaqla bölünməlidir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi X10 məhkəmə iclasında çıxış edərək bildirdi ki, miras əmlakdan imtina barədə ərizəyə Gülbarə özü imza etmişdir. İddiaçı özü gedib “Asan” xidmətdə razılığını verib. Onun iddiaçılara borcu pul yoxdur və imzanın müqabilində onlara pul verilməsinə söz verilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Digər iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarından olan məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli, 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi – Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağsu Rayon Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X3 verilmiş seriya nömrəsi JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7.77 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan issədən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi A/1271, A/1272 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - xx.xx.2023-cü il tarixli, 2V-700 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X4 vərəsəsi – Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağsu Rayon Şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə X5 verilmiş seriya nömrəsi JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7.77 ha torpaq sahəsi üzrə mərhuma məxsus olan issədən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi A/1271, A/1272 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. - İddiaçı1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum atası X1 miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyəti yoxdur. - İddiaçı1 X8 adından vermiş, notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2003-cü ildə vəfat etmiş mərhum atası X1 miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişdir. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyəti yoxdur. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********50 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 6.3504 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsusdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X8 vəfatından sonra miras qalmış JN: 0086, KOD: 40916028 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7.77 ha torpaq sahəsinə dair Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı1 həm öz adından, həm də qardaşı X8 adından notarial qaydada razılıq verərək bildirmişlər ki, X1 miras qalmış hər hansı əmlakına sahiblik etməmiş, onun idarəçiliyində faktiki iştirak etməmiş və idarəçilik etməyə başlamamış, o cümlədən, notariat ofisinə mirasın qəbulu və ya vərəsəlik şəhadətnaməsi alınması haqqında ərizə verməmişlər. Mirasın qəbulu üçün qanunla nəzərdə tutulan 6 aylıq müddəti buraxmışlar. Hərəkətsizliyinin nəticələri onlara aydındır. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etmək niyyətləri yoxdur. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. MM-in 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İş materiallarından göründüyü kimi, İddiaçı1 həm öz adından, həm də qardaşı X8 adından notarial qaydada razılıq verərək X8 vəfatından sonra miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 7.77 ha torpaq sahəsindən imtina etmişlər. Daha sonra, miras qalmış əmlaka dair Cavabdeh1 xx.xx.2023-cü il tarixdə 2V-699 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi üçün hər hansı bir əsas mövcüd deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və X8 cavabdehlər Cavabdeh1 və Şamaxı Regional Cavabdeh2ndə notariat ofisinə qarşı “mirasın qəbulundan imtinanın etibarsız hesab olunması və vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-74/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-74/2024
06.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver