Məhkəmə qərarları › İş №2(016)-76/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-76/2024

03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-76/2024 03.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 və onun nümayəndəsi Nümayəndə, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 1/2-yə görə verilmiş xx.xx.2006-cı il tarixli, JN-139F, kod nömrəsi 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh2 ilə Cavabdeh3 arasında Ağsu şəhəri, S.Vurğun küçəsi ünvanında yerləşən 1/2 saylı evin alqısatqısına dair müqavilənin etibarsız hesab edilməsi, cavabdehlərin adına verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv olunması və həmin fərdi ev üzərində onun mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ağsu Rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, JN-139F nömrəli 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmədən xx.xx.2006-cı il tarixli, JN-139F nömrəli 40901004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” yeni şəhadətnamə alınmış onun adı şəhadətnamədən çıxarılaraq yeni verilmiş şəhadətnamədə Cavabdeh1 adı yazılmışdır. Bundan sonra, Cavabdeh1 ona qarşı Ağsu rayonu, Səməd Vurğun küçəsi, ev 1/2-də olan “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair” iddia tələbi ilə Ağsu Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)- 1271/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019- tarixli, 2(016)-536/2019 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 saxta yolla əldə etdiyi xx.xx.2006-cı il tarixli, JN-139F nömrəli 40901004 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında mülkiyyətçisi olduğu Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 1/2-ə dair hüquqmüəyyənedici sənəd (çıxarış) əldə edərək 0,09 ha torpaq sahəsi və fərdi evini Cavabdeh3 satmışdır. Fərdi ev və onun yerləşdiyi torpaq sahəsi satılarkən həmin vaxtı fərdi evdə qeydiyyatda olan şəxslər, o, ailə üzvləri - X11, X1, X2 razılığı alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasıda notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu bəndinə görə “yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır”. ünvan 2, ev 1/2-yə görə Cavabdeh1 həmin evi xx.xx.2021-ci ildə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Cavabdeh2 həmin fərdi yaşayış evinə görə xx.xx.2021-ci ildə Dövlət Reyestrindən çıxarış almışdır, Cavabdeh2 xx.xx.2022-ci ildə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında həmin fərdi evi Cavabdeh3 30.000 manata satmışdır. Hal-hazırda ünvan 1 ünvanında yerləşən həmin fərdi ev Cavabdeh3 mülkiyyətindədir. Həmin alqı-satqı müqaviləsi bağlanarkən mənzilin mülkiyyətçisi və orada qeydiyyatda olan şəxslərin razılığı alınmamışdır. Ailəsinə məxsus bütün ev əşyaları həmin fərdi evdə olmuşdur. Onun yuxarıda adları qeyd edilən ailə üzvlərinin, 1/2 saylı evdə qeydiyyatda olmasını “Asan-3” tərəfindən verilmiş ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış təsdiq edir. Cavabdeh1 adına ünvan 2, ev 1/2-yə verilmiş xx.xx.2006-cı il tarixli, JN-139F, kodu 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin tərtib olunması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə müraciəti əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub ünvanlanmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən X4 ünvanlanmış xx.xx.2016-cı il tarixli, 02/2-7114-10 saylı məktubda ƏMDK tərəfindən Baş Prokurorluğa edilmiş müraciətin araşdırıldığı və göstərilən xüsusatların öz təsdiqini tapması qeyd edilmişdir. Lakin Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsi ilə cinayət işi başlanmamışdır. Həmin məktubla məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 JN-139F, kodu 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnaməni saxtalaşdırmaqla özünün mülkiyyətçi kimi göstərilməsinə nail olmuş və ünvan 2 ünvanında yerləşən 1/2 saylı evi hal-hazırda digər Cavabdeh3 satılmasına səbəb olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında çıxış edərək bildirdi ki, ünvan 2, ev 1/2-də yerləşən həmin evi onlar Cavabdeh1 alarkən notarius kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Əgər həmin evdə kimsə qeydiyyatda olsa idi, notariat kontoru müqavilənin bağlanmasını həyata keçirməzdi. Müqavilə bağlanarkən həmin evdə Cavabdeh1 başqa heç kəs qeydiyyatda olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi Nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, mübahisəli evi Cavabdeh1 alarkən yanmış vəziyyət idi. Həmin evi alandan sonra evi altı ay ərzində təmir etdirmişlər. Evin satılmasından bütün qardaşların xəbəri var idi. Evi təmir etdikdən sonra 33.000 manata Cavabdeh3 satmışdır. Lakin evi o, Cavabdeh1 on min manata almışdır. Cavabdeh3 məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbinə etiraz edir. Belə ki, hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 xx.xx.2006-cı il tarixli, JN-139F, kod nömrəsi 40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında həmin dövrdə mülkiyyətində olduğu ünvan 2, ev 1/2-yə dair çıxarışa əsasən 0,09 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi evini hazırkı iş üzrə cavabdeh olan Cavabdeh2 satmışdır. Həmin ev və torpaq sahəsi Cavabdeh2 satılarkən mübahisə edilən evdə iddiaçı və onun ailə üzvləri - X20, X6 və X7 qeydiyyatda olmamışlar. Cavabdeh2 xx.xx.2022-ci ildə AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında həmin fərdi evi ona 33.000 manata satmışdır. Hal-hazırda həmin fərdi ev onun mülkiyyətindədir. O, həmin evə görə Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayarkən həmin fərdi evdə Cavabdeh2 özü qeydiyyatda olmuşdur. Digər şəxslərin həmin evdə qeydiyyatda olması və həmin əmlakların iddiaçıya məxsus olması barədə heç bir məlumatı olmamışdır. O, vicdanlı alıcı kimi hərəkət etmişdir. Mülkiyyətçisi olduğu fərdi evə və torpağa görə mübahisə olmasını bu iddia ərizəsini aldıqdan sonra bilmişdir. Əvvəllər iddiaçını tanımamışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh3 etirazda göstərilənləri müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - JN-139F, Kod-40901004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadənamənin surətindən görünür ki, X8 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi verilmişdir. - Ağsu Rayon Məhkəməsinin 2(016)-536/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh1 və X3 cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Ağsu şəhəri, S.Vurğun küçəsi, ½ saylı evdə yaşayış hüququna xitam verilməklə həmin evdən pasport qeydiyyatından çıxarılması qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(016)-1271/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi təmin edilməməmişdir. - X8 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X8 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,09 ha torpaq sahəsinin ona məxsus hissəsini Cavabdeh1 hədiyyə vermişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Ağsu şəhəri, S.Vurğun küçəsi, 5, 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyətinə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsi verilmişdir. - Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini 10.000 manat qiymətinə, 0,09 ha torpaq sahəsini 2.000 manat qiymətinə alıcı Cavabdeh2 satılması razılaşdırılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətinə Ağsu şəhəri, S.Vurğun küçəsi, 5, 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsi verilmişdir. - Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 30.000 manat qiymətinə, 0,09 ha torpaq sahəsini 3.000 manat qiymətinə alıcı Cavabdeh3 satılması razılaşdırılmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 05.09..2022-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışından görünür ki, Cavabdeh3 xüsusi mülkiyyətinə Ağsu şəhəri, S.Vurğun küçəsi, 5, 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,09 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 6 ünvanda qeydiyyatda olan digər şəxslər - X29, X12, X9, X10, X6, X21, X24, X17, X18, Cavabdeh1, X13 və X5r. - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi Preventiv tədbirlər və təhqiqat İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X25 tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsinin müraciətinə əlavə edilmiş JN F kodlu 40901004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” iki ədəd Şəhadətnamənin əsillərinin Əmlak Məsələləri Dövlət Komitəsinə qaytarılması, qərarın surətinin müraciət müəllifinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisinə göndərilməsi qərara alınmışdır. - Məhkəmənin sorğusuna Ağsu rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən, X7 xx.xx.2023-cü il tarixdən, X10 xx.xx.2018-ci il tarixdən, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 1/2 və X22 xx.xx.2017-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır. ünvan 8tda olub-olmamalarını sistem tərəfindən yoxlanılması mümkün deyildir. - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X38 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, arxivdə saxlanılan məlumatlara əsasən keçmiş Şamaxı Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasportda evin ünvanı ünvan 9ə hüquqlar xx.xx.2012-ci ildə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ilə rəsmiləşdirildikdə fərdi yaşayış evinin ünvanı dəyişdirilərək ünvan 10 şəhəri, S.Vurğun küçəsi, 1/2 ünvanın sonradan dəyişdirilərək başqa ünvan olub-olmaması barədə məlumat Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X8 və İddiaçı mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2004-cü il tarixli, 01 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi verilmiş, X8 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,09 ha torpaq sahəsinin ona məxsus hissəsini Cavabdeh1 bağışlamışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və 0,09 ha torpaq sahəsini Cavabdeh2, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini və 0,09 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. Tərəflərin iradə ifadələrinin təsdiq olunması üçün həmin alqı-satqı müqavilələri notarial qaydada təsdiq edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə X30 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, o, alqı-satqı müqavilələri bağlanan zaman mübahisəli fərdi yaşayış evində qeydiyyatda olmuşdur. İddiaçının həmin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından olan məhkəmənin sorğusuna Ağsu rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Ağsu şəhəri, S.Vurğun küçəsi, ev 1/2-də qeydiyyatdadır. Bundan əlavə, məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri X38 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, arxivdə saxlanılan məlumatlara əsasən keçmiş Şamaxı Rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən avqust 1963-cü ildə tərtib edilmiş texniki pasportda evin ünvanı ünvan 9ə hüquqlar xx.xx.2012-ci ildə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış ilə rəsmiləşdirildikdə fərdi yaşayış evinin ünvanı dəyişdirilərək ünvan 10 şəhəri, S.Vurğun küçəsi, 1/2 ünvanın sonradan dəyişdirilərək başqa ünvan olub-olmaması barədə məlumat Ərazi İdarəsinin arxiv materiallarında aşkar edilməmişdir. Göründüyü kimi, İddiaçı qeydiyyatda olduğu ünvan ünvan 12eti olan torpaq sahəsinin və fərdi yaşayış evinin yerləşdiyi ünvan isə ünvan 13 materiallarından və iddiaçının bildirdiklərindən görünür ki, onun mübahisələndirdiyi torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələrinin predmeti olan Ağsu şəhəri, S.Vurğun küçəsi, 5, 1 ünavanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evidir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu bəndində göstərilir ki, yaşayış sahəsinə (ev, mənzil, otaq) sərəncam verilməsi (özgəninkiləşdirmə, ipoteka və sonrakı ipoteka qoyma haqqında müqavilə və həmin müqavilədə dəyişiklik və onun ləğv edilməsi haqqında müqavilələr, kirayə və sair müqavilələr) haqqında müqavilələr təsdiq edilərkən, notarius həmin yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin soyadı, adı və atasının adı haqqında elektron sənədi müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edir və ona uyğun olaraq həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Normaların məzmunundan görünür ki, yaşayış sahəsinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq edilərkən, həmin ünvanda qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır. Ailə üzvlərinə isə ər-arvad, valideynlər və uşaqlar aiddir. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli alqı-satqı müqavilələri üzrə tərəflərin ailə üzvi kimi mübahisəli ünvanda qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. MM-in 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. MM-in 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdırlar. MM-in 646.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. MM-in 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-in 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. MM-in 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. MM-in 146.1-146.2-ci maddələrinə görə, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MM-in 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və 0,09 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və 0,09 ha torpaq sahəsini Cavabdeh3 satmışdır. Göründüyü kimi, Cavabdeh2 mübahisəli torpaq sahəsini 2.000 manat, fərdi yaşayış evini 10.000 manat pul ödəyərək Cavabdeh1, Cavabdeh3 mübahisəli torpaq sahəsini 3.000 manat, fərdi yaşayış evini 30.000 manat pul ödəyərək Cavabdeh2 almışdır. İş materiallarından həmin müqavilələrin uydurma və ya yalan əqd olması müəyyən edilmir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini alarkən vicdanlı alıcı olmuşlar. Məhkəmə hesab edir ki, başdan ümumi şəkildə qeyd etmək lazımdır ki, mülki hüquqda şəxslərin vicdanlı olduğu ehtimal olunur. Yəni mülki hüquqda ümumi yanaşma budur ki, şəxslər mülki münasibətlərlə bağlı hüquqi hərəkətləri vicdanla edirlər. Həqiqi vəziyyətin bu ehtimaldan fərqli olduğunu iddia edən bu iddiasını sübut etməlidir. Bu xüsus (vicdanlı hesab olunma) cinayət hüququnda məşhur olan və konstitusiyamızda da öz əksini tapan “təqsirsizlik ehtimalı (prezumpsiyası)” prinsipinin mülki hüquqdakı təzahürüdür. Mülki hüquqda subyektlərin vicdanlılığının qorunmasının özünəxas səbəbləri vardır. Bunlardan biri, vicdanlılığın qorunmasının ən önəmli səbəbi kimi mülki dövriyyədə güvən və etimad edilən bir şəraiti əmələ gətirməklə sabitliyi və lazımi sürəti təmin etmək məqsədidir. Həmçinin, rəsmi dövlət qeydiyyatı ilə təsdiq olunmuş haqlar baxımından vicdanlılıq qorunmadığı təqdirdə rəsmi sənədə olan etimad sarsılar və bu birbaşa hüquqi asayiş və etimadla bağlı ümumi ictimai mənafeni zərbə altına qoyar. Vicdanlılıq əsasən sərəncamverici əqdlərdə sərəncam səlahiyyətinin olmaması ilə bağlı hallar baxımından haqqın əldə edilməsinə olan maneənin (yəni sərəncam verənin əslində belə bir səlahiyyətinin olmaması ilə bağlı hüquqi problemin, əldən edən baxımından) aradan qalxmasına səbəb olur. Sərəncam səlahiyyətinin olmaması halları xaricindəki digər hüquqa zidd hallar baxımından isə vicdanlılıq həmin hüquqa zidd halla bağlı maneəni aradan qaldırmır. Haqların əldə edilməsi baxımından vicdanlılığın rolundan və qorunmasından bəhs oluna bilinməsi üçün mütləq hüquqa zidd bir halın olması lazımdır. Belə ki, vicdanlılığın predmeti (aid olduğu məsələ) məhz elə bu hüquqa zidd halın mövcudluğudur. Haqların əldə edilməsi baxımından tələb olunan vicdanlılıq haqqın əldə olunmasına maneə təşkil edən mövcud hüquqa ziddiyyətlilik halının əldə edən baxımından bilinməməsi və bir çox hallarda hətta bilinməsinin lazım gəlməməsini ifadə edir. Buna görə də, haqların əldə edilməsi baxımından hüquqa ziddiyyətlilik halının olmadığı durumlarda ümumiyyətlə bir hüquqi anlayış (termin) olaraq vicdanlılıq anlayışından söhbət belə gedə bilməz. Qeyd edilməlidir ki, həm Azərbaycan qanunvericiliyində, həm də beynəlxalq təcrübədə rəsmi dövlət qeydiyyatına etimad edənin mənafeyi əsas götürülür. Məsələnin bu şəkildə həlli başa düşüləndir. Belə ki, istər mülki qanunvericiliyin əsas məqsədi olan mülki dövriyyənin sabitliyinin qorunması və inkişafına nail olmaq qayəsi ilə qəbul edilən mülki dövriyyə azadlığının təmin edilməsi məqsədi, istərsə də mövcud ümumi qanunvericilik sistemindən irəli gələn hüquqi məntiq belə bir nəticənin qəbul edilməsini labüd edir. Məhz bütün bunlara görə də MM-in 140-cı maddəsində daşınmaz əşyalara dair rəsmi dövlət qeydiyyatının tam və düzgün olduğuna etimad etməkdə hamının haqlı olduğu və MM-in 148.2 və 149.2-ci maddələrində isə, sözügedən qeydiyyat düzgün olmasa belə, onun düzgünlüyünə etimad edən şəxslərin bu inamının qorunduğu bildirilmişdir. Yəni, daşınmaz əşya üzərindəki əşya haqlarına dair qeydiyyat rəsmi dövlət reyestrində düzgün olmadığı hallarda da bunun düzgünlüyünə etimad edən baxımından həmin qeydiyyat düzgün hesab olunur. Vicdanlılıq halının qorunması isə, aydın məsələdir ki, birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edir. Bu baxımdan da şəraitdən aşkar şəkildə əldə edənin hüquqazidd halı bilməməsinin ağlabatan olmadığı hallarda əldə edənin vicdanlı olduğunu ehtimal etmək, vicdanlılıq anlayışının mahiyyətinə ziddir. Buna görə də, işin hallarından əldə edənin bilməmə ehtimalının bilmə ehtimalından son dərəcə az olduğu hallarda əldə edənin vicdanlı olduğuna ehtimal vermək məntiqli və reallığa uyğun olmaz. Belə bir yanaşma birbaşa hüququn ən ali məqsədi olan ədalətliliyi təmin etmək məqsədinə xidmət edən vicdanlılıq prinsipinin mahiyyət və roluna zidd olar. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vicdanlı alıcı statusunu daşıyırlar. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki: “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.” MM-in 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi, hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakları əldə edən şəxslər, yəni iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3da belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini və fərdi yaşayış evini əldə edən şəxslər də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 əmlakı əvəzli əldə etdiyindən, onlar vicdanlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar