Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-78/2025 05.03.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Ağsu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 16 iyun 2006-cı ildə anadan olmuş qızı - X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, X5 ilə el adətinə uyğun ailə qurmuş və nikahı qeydiyyat orqanında qeydiyyata alınmışdır. Ər-arvadlıq münasibətlərində olmaqla birlikdə yaşadıqları müddətdə 16 iyun 2006-cı ildə Gülər adlı uşaqları anadan olmuşdur. Qızı Gülər həm fiziki, həm də pisixi cəhətdən qüsurludur və sağlamlıq imkanı məhdudur. Gülər öz hərkətlərini ölçüb-biçə bilmir, hərəkətlərinin nəticəsini dərk edə bilmir. Daima ona nəzarət etməli olur. O, qızı Gülərə himayəçi təyin edilməyi üçün Ağsu rayon İcra Hakimiyyəti yanında Qəyyum və Himayəçilik orqanına müraciət etmişdir. Ona bildirilmişdir ki, himayəçi təyin edilməyi üçün onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi təqdim edilməlidir. Ona aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət edə bilmək hüququ izah edilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizədə göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında təmsil olunmamışdır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİ seriyalı 037870 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə doğulmuş, atasının “X5”, anasının “Ərizəçi” olması qeyd edilmişdir. - Ağsu Rayon Mərkəzi X3 Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə tibbi müayinədən keçirilmiş, əqli və fiziki cəhətdən sağlamdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Ərizəçinin “fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair” ərizəsinin məzmunundan aşkar surətdə göründüyü kimi, ərizəçi qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli, 20 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), davranış pozuntuları ilə müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Beləliklə, X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Bu səbəbdən, X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-78/2025
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-78/2025
05.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver