Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № 2(016)-9/2024 12.06.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2004-cü ildə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Maraqlı şəxsin nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Ərizəçi Ağsu Rayon İcra Hakimiyyətinə müraciət edərək uşağının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmiş, onun nəzərinə çatdırılmışdır ki, bu yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş imateriallarından görünür ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-542/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(016)-542/2023 nömrəli qərardadları ilə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və həmin qərardadlar icra edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 publik hüquqi şəxsinə göndərilmişdir. Publik hüquqi şəxs məhkəməyə məktub göndərərək ekspertizanın həyata keçirilməsi üçün X4 Mərkəzə gəlməsinin təmin edilməsini xahiş etmiş, bundan sonra Ərizəçi məktub göndərilərək X4 ekspertlərə təqdim edilməsi barədə məlumat verilmişdir. X1 ekspertlərə təqdim edilməsi Ərizəçi tərəfindən təmin edilməmişdir. Bu səbəbdən, Ağsu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(016)-542/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 2(016)-542/2023 nömrəli qərardadlar icrasız geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, X4 ekspertlərə təqdim edilməməsi səbəbindən ekspert rəyinin məhkəməyə təqdim olunması təmin edilmədiyindən, mülki iş baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Ağsu rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair 2(016)-9/2024 nömrəli mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №2(016)-9/2024
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №2(016)-9/2024
12.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver