Məhkəmə qərarları › İş №2(017)-1016/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1016/2023

11.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1016/2023 11.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olmasına dair ərizəsinə məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mülki işin baxılması xx.xx.2023-cü il tarixə saat 15:00-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2023-cü il tarixə saat 15:00-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlmədiyinə görə işin baxılması xx.xx.2023-cü il tarixə saat 12:00-a təxirə alınmış və bu barədə tərəflər rəsmi məlumatlandırılmışdır. Lakin, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259- 260 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 sənədin şəxsə məxsus olmasına dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar