Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1031/2024 04.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamənın onlara məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X3 ərizəni müdafiə edərək bildirdi ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamə ilə Babəkə və ailə üzvlərinə (5 nəfərdən ibarət ailə üzvlərinə) 0,13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin sənədlərdə texniki səhv olaraq hüquq sahiblərindən ərizəçinin anasının adı “X13” əvəzinə “X14” kimi, arvadının adı “X9” əvəzinə “X10” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamədə mülkiyyətçi kimi 5 nəfərin adı, o cümlədən X7 və X5 adları yazılmışdır. İş materiallarında olan AZE 14386662 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1978-ci ildə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İ 942260 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə Ağcabədi rayonunun Gələbədin kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamə sənədində hüquq sahiblərindən X7 dəyişdirilərək X13, X5 dəyişdirilərək X2 qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 185 nömrəli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının texniki səhvi nəticəsində “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamə sənədində X8 və X4 adları səhvən “X14 və X10” kimi yazılmışdır. Beləliklə, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamənın 5 nəfərə, o cümlədən X13 və X6 məxsus olması ərizəçinin nümayəndəsinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamənın 5 nəfərə, o cümlədən X13 və X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 129A kod 60805018 nömrəli şəhadətnamənın 5 nəfərə, o cümlədən X13 və X6 məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1031/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1031/2024
04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver