Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1043/2024 17.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi oğlu X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 08 fevral 2024-cü il tarixli, AKT R №329735 saylı aktın ləğv edilməsi və hesablanmış 565 manat 34 qəpik məbləğində cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən ev ona məxsusdur və elektrik sayğacı onun adınadır. O, ailə üzvləri ilə birlikdə 2014-cü il tarixdən Bakı şəhərində yaşayırlar. Elektrik enerjisindən istifadə olunmadığı üçün onun heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən 08 fevral 2024-cü il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent tərəfindən elektrik sayğacının qurquşum bulomları açılması kimi daxil edilmişdir. Sayğacın yoxlanılması barədə 08 fevral 2024-cü il tarixdə AKT R №329735 saylı akt tərtib etmiş və tərtib olunmuş akta əsasən onun adına 565 manat 34 qəpik məbləğində enerji sərfiyyatına görə cərimə yazılmışdır. Akt yazılan vaxtı nə onun və nədə ki, ailə üzvlərinin iştirakı olmamışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 08 fevral 2024-cü il tarixli, AKT R №329735 saylı aktın və bununla əlaqədar yazılmış cərimənin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi oğlu X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, anam İddiaçı adına olan elektrik sayğacı Ağcabədi rayonu, Hacıbədəlli kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən 08 fevral 2024-cü il tarixdə onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent tərəfindən elektrik sayğacının qurquşum bulomları açılması kimi daxil edilmişdir. Əslində isə həmin sayğaca heç bir müdaxilə olunmamışdır. Nə onun və nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onlar ailə üzvləri ilə birlikdə 2014-cü ildən Bakı şəhərində yaşayırlar. Ona görə məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh "xxxx" Açıq Səhmar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 20 avqust 1956-cı il tarixdə Ağdam rayon, Eyvazxanbəyli kəndində anadan olmuş, hazırda isə Ağcabədi rayon, Hacıbədəlli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayon İcra Hakimiyyəti Başçısınn Hacıbədəlli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli ayışdan görünür ki, İddiaçı ona məxsus fərdi yaşayış evində 2014-cü ildən hal-hazıra kimi yaşayış yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 08 fevral 2024-cü il tarixli, AKT R №329735 saylı aktdan görünür ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, elektrik sayğacının qurquşum bulumları açılıb. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, elektrik sayğacının qurquşum bulomları aşılması aşkar olunsada sayğaca nə o, nədə ki, ailə üzvləri tərəfindən heç bir müdaxilə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı adına məxsus olan fərdi yaşayış evinin sayğacına tərtib olunmuş 08 fevral 2024-cü il tarixli, AKT R №329735 saylı aktı düzgün yazılıb, lakin itirilən enerjiyə görə 565 manat 34 qəpik məbləğində cərimə yüksək yazıldığı üçün qismən silinməli, akta uyğun olaraq hesablanmış uzun müddətə deyil, itirilmiş enerjiyə görə 65 manat 34 qəpik məbləğində cərimə saxlanılmalı və 500 manat silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 08 fevral 2024-cü il tarixli, AKT R №329735 nömrəli akta əsasən hesablanmış 565 manat 34 qəpik cərimədən 500 məbləğində hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1043/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1043/2024
17.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver