Məhkəmə qərarları › İş №2(017)-1072/2023

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1072/2023

13.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1072/2023 13.04.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borcun silinməsi barədə iddia ərizəsinə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, onlar geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş “Azəriqaz” X1 X4 İdarəsi hüquqi şəxs deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsəinə görə idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Göründüyü kimi, “Azəriqaz” X1 X4 İdarəsi qanunda nəzərdə tutulmuş hüquqi şəxs əlamətlərinə malik olmadığına görə, onun məhkəmədə iddiaçı və cavabdeh olmaq səlahiyyəti yoxdur. “Azəriqaz” X1 X4 İdarəsinin hərəkətlərinə cavab verən orqan «Azəriqaz» İstehsalat Birliyi olduğu üçün iddia ərizəsində cavabdeh kimi «Azəriqaz» İstehsalat Birliyi göstərilməklə, iddia ərizəsi onun ünvanının olduğu yer üzrə məhkəməyə və ya istehlakçının yaşadığı yer üzrə məhkəməyə verilməlidir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, “Azəriqaz” X1 X4 İdarəsi tərəfindən tərtib olunmuş akt və həmin akta əsasən hesablanmış 1036,80 manat borc İddiaçı adına deyil, onun atası X2 adına rəsmiləşdirilmişdir, yəni iddia X3 tərəfindən qaldırılmalı olduğu halda, İddiaçı tərəfindən qaldırılmışdır. Bu səbəbdən də, hazırki iddia ərizəsi və ərəziyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, qeyd olunanlara əsasən iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh “Azəriqaz” X1 X4 İdarəsinə qarşı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1036,80 manat borcun silinməsi barədə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq səlahiyyətli məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağcabədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar