Məhkəmə qərarları › İş №2(017)-1098/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1098/2024

08.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1098/2024 08.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 aprel 2023-cü il tarixdə vəfat etmiş anası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 25 aprel 2023-cü il tarixdə vəfat etmiş anası X1 dövlət tərəfindən veriləcək sığorta ödənişi miras qalmışdır. Hazırda həmin sığorta ödənişini almaq üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, ona vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 18 mart 2024cü il tarixli, 471 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 aprel 2023-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 18 mart 2024-cü il tarixli, 471 saylı məktubundan görünür ki, iddiaçı Mamedov X5 Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək anası X2 25 aprel 2023-cü il tarixdə vəfat etdiyini, ondan miras qalmış dövlət tərəfindən veriləcək sığorta ödənişinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçıının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X4 25 aprel 2023-cü il tarixdə vəfat etmiş və ondan dövlət tərəfindən veriləcək sığorta ödənişi miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 25 aprel 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış dövlət tərəfindən veriləcək sığorta ödənişinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 25 aprel 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış dövlət tərəfindən veriləcək sığorta ödənişinə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar