Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-11/2023 29.03.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, X1 xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasında doğulmuşdur. Hal-hazırda onunla birlikdə Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayır. Oğlu Tacəddin psixi xəstədir, ona üçüncü qrup əlillik dərəcəsi verilmişdir. Dəfələrlə müalicə olunmuşdur. Hazırda onun himayəsində yaşayır. X1 öz hərəkətlərinin mənasını dərk etmir, başa düşmür, yaddaşı zəifdir, yuxusu yoxdur. Hazırda özüözünü idarə edə bilmir, başqasının köməyinə ehtiyacı vardır. Onu evdə nəzarətsiz qoya bilmirlər. Dəfələrlə evdən qaçaraq onlara məlum olmayan istiqamətdə getmişdir. X4 psixi qüsurlarının nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE 17555922 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, hazırda Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində qeydiyyatdadır. Təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Ərizəçi doğma oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X8 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 272 nömrəli rəyindən görünür ki, X3 müəyyən edilən şəxsiyyət pozuntusu hal-hazırkı müayinə zamanı kompensasiya vəziyyətində olduğu üçün o, öz hərəkətlərinin mənasını başa düşür, həmçinin o, öz hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Buna görə də X4 fəaliyyət qabiliyyətli hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə qanunsuz və əsassız olduğuna görə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 320 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-11/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-11/2023
29.03.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver