Məhkəmə qərarları › İş №2(017)-1100/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1100/2025

20.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1100/2025 20.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10, İddiaçı və onun nümayəndəsi Vəkil, Cavabdeh2 və onun vəkili Nümayəndə, Cavabdeh4, Cavabdeh5, cavabdeh və Cavabdeh7 nümayəndəsi Cavabdeh6, Cavabdeh3 nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notarius ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notarius ofisinə qarşı “miras əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X4, mərhum X2 və hazırkı iş üzrə Cavabdeh2 mülkiyyətinə verilmişdir. X4 xx.xx.2005-ci il tarixdə, X2 isə xx.xx.2023-cü il tarixdə ölmüşlər. X2 xx.xx.2019-cu il tarixdə ona məxsus bütün əmlak və hüquqlarını ona vəsiyyət etmişdir. Hal-hazırda həmin vəsiyyətnamə qüvvədədir. Valideynlərindən miras qalmış əmlakın bölüşdürülməsi ilə bağlı cavabdeh Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, xx.xx.2025-ci il tarixli məktubla ona cavab verdilər ki, valideynlərindən qalmış miras əmlakın bölüşdürülməsi ilə bağlı vərəsələr arasında ixtilaf olduğundan miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etsin. Valideynləri vəfat edəndə onların sağ olan vərəsələri: özü - İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dır. Ona görə də Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 miras qalmış 1/3 hissəsi üzərində birinci növbə vərəsələr kimi iddiaçı və cavabdehlərin hər birinin 1/7 hissədə, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış 1/3 hissəsi üzərində vəsiyyətnamə nəzərə alınmaqla birinci növbə vərəsələr kimi iddiaçının 8/14, cavabdehlərin isə hər birinin 1/14 hissədə payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2, Cavabdeh3 nümayəndəsi X8, Cavabdeh4, Cavabdeh5, cavabdeh və Cavabdeh7 nümayəndəsi Cavabdeh6 eyni məzmunlu izahat verərək valideynlərindən miras qalmış əmlaklar üzərində qanunla müəyyən edilmiş qaydada vərəsələrin paylarının müəyyən edilməsinə etiraz etmədilər. Cavabdeh Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notarius ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsi X12, X11 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İİ 181665 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İİ 401725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi rayon İHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli 91 nömrəli arayışından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 ailə üzvləri (vərəsələri): İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dır. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2025-ci il tarixli 260 və 261 nömrəli məktublarının surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə notariat ofisinə olunmuş müraciətlə əlaqədar qeyd olunmuşdur ki, Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 2V-148 reyestr nömrəli vəsiyyətnamənin surətindən görünür ki, X11 özünə məxsus olan bütün əmlak və hüquqlarını İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 314 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X11 tərəfindən Ağcabədi rayon notariat ofisində İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli 2V-148 reyestr nömrəli vəsiyyətnamə qüvvədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193.Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə miras qalmış tam pay 7 nəfərdən ibarət vərəsə arasında bölündükdə, adambaşına düşən pay 1/7; adambaşına düşən məcburi pay 1/7:2=1/14; 6 nəfər üçün adambaşına birlikdə düşən məcburi pay 6/14; yerdə qalan pay 8/14 təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Muğanlı kəndində yerləşən 0,36 ha həyətyanı torpaq sahəsi X12, X11 və Cavabdeh2 mülkiyyətinə verilmişdir. X12 xx.xx.2005-ci il tarixdə, X11 isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ağcabədi rayon İHB-nın Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli 91 nömrəli arayışa əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 ailə üzvləri (vərəsələri): İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7dır. xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 və xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın bölüşdürülməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdə notariat ofisinə olunmuş, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar olduğu üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. xx.xx.2019-cu il tarixli 2V-148 reyestr nömrəli vəsiyyətnaməyə əsasən X11 özünə məxsus olan bütün əmlak və hüquqlarını İddiaçı vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixdə vəfat etmiş X11 tərəfindən Ağcabədi rayon notariat ofisində İddiaçı verilmiş xx.xx.2019-cu il tarixli 2V-148 reyestr nömrəli vəsiyyətnamə qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara və tərəflərin izahatına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qanunvericiliyin tələbinə əsasən, X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan - Torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli Şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,12 ha hissəsindən - İddiaçı 1/7 pay, Cavabdeh2 1/7 pay, Cavabdeh3 1/7 pay, Cavabdeh4 1/7 pay, Cavabdeh5 1/7 pay, Cavabdeh6 1/7 pay və Cavabdeh7 1/7 pay müəyyən edilməli; mərhum X5 miras qalmış Torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli Şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,12 ha hissəsinin 8/14 hissəsi üzərində İddiaçı, qalan 6/14 hissəsində isə hər birinin məcburi payı 1/14 hissə olmaqla Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyət hüquqları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 ölümündən sonra qanun üzrə bərabər pay hüquqlu vərəsələri - İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 miras qalmış əmlaka qanun üzrə vərəsəlik qaydasında payları müəyyən olunmaqla, miras əmlakdan - Torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli Şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,12 ha hissəsindən - İddiaçı 1/7 pay, Cavabdeh2 1/7 pay, Cavabdeh3 1/7 pay, Cavabdeh4 1/7 pay, Cavabdeh5 1/7 pay, Cavabdeh6 1/7 pay və Cavabdeh7 1/7 pay müəyyən edilsin; mərhum X5 miras qalmış Torpağın mülkiyyətə verilməsinə dair JN-263A kod 60811018 nömrəli Şəhadətnaməyə əsasən Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində yerləşən 0,36 ha torpaq sahəsinin mirasın kütləsinə daxil olan 0,12 ha hissəsinin 8/14 hissəsi üzərində İddiaçı, qalan 6/14 hissəsində isə hər birinin məcburi payı 1/14 hissə olmaqla Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mülkiyyət hüquqları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar