Məhkəmə qərarları › İş №2(017)-111/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-111/2025

14.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-111/2025 14.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı1, digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə Teryyuf oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 qarşı miras əmlak üzərində payların müəyyən edilməklə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı1 və digər İddiaçı2 nümayəndəsi və vəkili Vəkil cavabdehlər Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə və Cavabdeh2 qarşı 14 fevral 2009-cu il tardə vəfat etmiş X12 və 14 mart 2016-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evinə birinci növnə vərəsələrin hər birinin 1/3 hissədə payının tanınması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə ona, mərhum atası X4, mərhum X5na və Cavabdeh2 məxsusdur. X5 14 fevral 2009-cu il tarixdə, atası X7 14 mart 2016-cı il tarixdə vəfat etmişlər. Hazırda mübahisəli əmlakdan valideyinlərinə düşən hissəsi onlara miras qalmışdır. Həmin miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinə müraciət edərkən ona vərəsələr arasında mübahisə olduğu üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. 10 ildən artıqdır ki, qeyd olunan torpaq sahəsində atasının razılığı ilə 1 otaqlı ev tikərək orada yaşayır. Valideyinlərindən miras qalmış əmlakı vərəsə kimi qəbul etmişdir. Bundan başqa, bacısı İddiaçı2 alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçüb orada yaşayır. İddiaçı2 valideynlərinin xəstə olduğu zaman və hüzr mərasimləri zamanı iştirak etmiş və həmin vaxtlarda onun evində qalmışdır. Hazırda Cavabdeh2 onun miras əmlakdan istifadəsinə maneələr yaradır və bölünməsinə razı deyildir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və X14 Şəxsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə X4, X11, İddiaçı1 və Cavabdeh2 məxsusdur. İddiaçı2 X5 14 fevral 2009-cu il tarixdə, atası X7 14 mart 2016-cı il tarixdə vəfat etmişlər. Hazırda mübahisəli əmlakdan İddiaçı2 valideyinlərinə düşən hissə miras qalmışdır. İddiaçı2 Qazaxıstan Respublikasında yaşayır. Lakin, valideynlərinin hüzr mərasimində iştirak edərək mirası qəbul etmişdir. Hazırda da Cavabdeh2 iddiaçının miras əmlakdan istifadəsinə maneələr yaradır. Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, X5 14 fevral 2009-cu il tarixdə, atası X7 14 mart 2016-cı il tarixdə vəfat etmişlər. ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə ona, mərhum atası X4, mərhum X5na və İddiaçı1 məxsusdur. Həmin evdə o, ailəsi ilə birlikdə yaşayır. Qardaşı İddiaçı1 atasının sağlığında həmin torpaq sahəsində 1 otaqlı ev tikərək orada yaşayır. Bacısı İddiaçı2 alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçüb orada yaşayır. İddiaçı2 valideynlərinin xəstə olduğu zaman və hüzr mərasimlərində iştirak etmişdir. Göstərdiyi kimi miras qalmış evi vərəsə kimi qəbul etmiş və həmin evdə yaşayır. Bacı və qardaşı miras əmlakı faktiki olaraq qəbul etməmiş və bu səbəbdən də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdeh Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdeh Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlakın Dövlət Reyestri və X14 Şəxsi tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi İddiaçı1, X3, X9 və Cavabdeh2 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 14 fevral 2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 mart 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 may 2024-cü il tarixli, 2297 nömrəli arayışdan görünür ki, 14 mart 2016-cı il tarixdə vəfat etmiş X3 ailə tərkibi X12, İddiaçı2, İddiaçı1 və Cavabdeh2 ibarətdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş Ağcabədi «Asan Xidmət» Mərkəzinin Notariat ofisi tərəfindən verilmiş 09 mart 2024-cü il tarixli, 402 saylı məktubundan görünür ki, digər vərəsələrlə mirasın qəbuluna və ya ondan imtinaya dair razılıq olmadığına görə İddiaçı1 vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evi İddiaçı1, X3, X9 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. X12 14 fevral 2009-cu il tarixdə, X7 14 mart 2016-cı il tarixdə vəfat etmişlər. X7 və X9 vərəsələri-onların uşaqları İddiaçı1, Cavabdeh2 və İddiaçı2 ibarətdir. X3 və X9 ölümündən sonra İddiaçı1 və Cavabdeh2 miras qalmış ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evini faktiki qəbul etmişlər. Lakin, digər iddiaçı-vərəsə İddiaçı2 alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçüb orada yaşamış və yalnız valideynlərinin hüzr mərasimlərində iştirak etmişdir. Miras əmlakın qəbul edilməsi və miras paylarının müəyyən edilməsi ilə bağlı tətbiq ediləcək qanunvericilik normalarına münasibətdə məhkəmə qeyd edir ki, miras 14 mart 2016-cı il tarixdə açıldığından və mirasla əlaqədar mübahisə həmin tarixdən sonra yarandığından həmin mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1 və 1151.2-ci maddələrinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir Həmin Məcəllənin 1159.1-1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. «A.Nadirova və qeyrilərinin şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olubolmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. «G.Qəhrəmanovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Qeyd edilən normalardan göründüyü kimi mirasın qəbulunun iki forması, notarial qaydada ərizə verməklə qəbul və miras əmlakı idarə edərək əmlaka faktiki yiyələnmə formasında qəbul nəzərdə tutulur. X12 və X3 vəfatından sonra İddiaçı1 və Cavabdeh2 X7 və X8 miras qalmış ünvan 1 ünvanında yerləşən, 0,0636 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evində yaşamış və miras əmlakın idarəçiliyini həyata keçirmişlər. Bununla da, həmin vərəsələr miras əmlakı faktiki qəbul etmişlər. Digər vərəsə-İddiaçı2 valideynlərinin yaşadığı dövrdə alilə həyatı quraraq Qazaxıstan Respublikasına köçmüş və hazırda da orada yaşayır. İddiaçı2 yalnız hüzr mərasimlərində iştirak etməsi isə həmin miras əmlaka faktiki sahiblik etməsi və miras əmlakı faktiki idarə etməsi kimi qəbul edilə bilməz. Həmçinin İddiaçı2 nümayəndəsi və vəkili də İddiaçı2 miras əmlakı faktiki sahiblik etməsi və faktiki idarə etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X1 və X8 miras qalmış və 4 nəfər nəzərə alınmaqla ümumi birgə mülkiyyətə verilmiş, ünvan 1 ünvanında yerləşən 0,0636 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evindən X1 və X9 payına düşən ½ hissəsinin ½ hissəsi İddiaçı1 və ½ hissəsi Cavabdeh2 payı olması müəyyən edilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddia qismən təmin edilsin. X1 və X8 miras qalmış və 4 nəfər nəzərə alınmaqla ümumi birgə mülkiyyətə verilmiş, ünvan 1 ünvanında yerləşən 0,0636 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 92,10 kv.m olan fərdi yaşayış evindən X1 və X9 payına düşən ½ (ikidə bir) hissəsinin ½ (ikidə bir) hissəsi İddiaçı1 və ½ (ikidə bir) hissəsi Cavabdeh2 payı olması müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar