Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1110/2024 16.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Köyük kəndində yaşayır. Sayğacın abunə kodu onun adına qeydə alınmışdır. Özü və onun ailəsi elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan istehlakçının evdə olmadığı vaxtda heç kimə məlumat vermədən onun sayğacının dəyişmiş, bu barədə 05 fevral 2018-ci il tarixdə 708208 nömrəli protokol tərtib edilmişdir. Həmin protokolun yazılmasında istehlakçının iştirakı təmin olunmamışdır. İstehlakçının barəsində yazılmış protokolda göstərilmişdir ki, sayğacın dəyişməsi üçün əsas müdiriyyətin göstərişi kimi yazılmış, çıxan sayğac laboratoriyaya göndərilmişdir. Həmin protokol əsasında ona 166,32 manat borc hesablanmışdır. Güya abonent elektrik sayğacının baxış şüşəsi sağ tərəfdən qoparılaraq hesab mexanizmi süni saxlanılmışdır. Aktın tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq protokol tərtib olunmuş və ona borc hesablanmışdır. Ona görə də "xxxx" ASC tərəfindən onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 708208 nömrəli aktın ləğv edilməsini və həmin akta əsasən hesablanmış 166,32 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sənədləri tədqiq edərək və sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı tərəfindən tərtib edilmiş "məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında" 708208 nömrəli protokolunun surətindən görünür ki, abunə kod nömrəsi **********00084 olan istehlakçı İddiaçı evində quraşdırılmış 63139928 nömrəli sayğac 03508622 nömrəli yeni sayğacla əvəz olunmuş, çıxarılan sayğac rəy verilməsi üçün laboratoriyaya göndərilmişdir. Həmin protokolda sayğacda olan qüsur barədə heç nə qeyd olunmamış və istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli 059688 nömrəli "sayğacların və cərəyan transformatorlarının yoxlanması" protokolunun surətindən görünür ki, 708208 nömrəli protokola əsasən dövlət yoxlamasından keçmiş 63139928 nömrəli sayğac laboratoriya yoxlamasından keçmişdir. Yoxlama zamanı "sayğacın baxış şüşəsi sağ tərəfdən qoparılaraq hesab mexanizmi süni saxlanıldığı və izlərin olduğu" aşkar edilmişdir. Protokol tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş "Əhali istehlakçılarının qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər" adlı sənədin surətindən görünür ki, abonent kodu **********00084 olan İddiaçı Ağcabədi rayonunun Köyük kəndində yerləşən evində quraşdırılmış 63139928 nömrəli sayğacda yaranmış qüsura (sayğacın baxış şüşəsi sağ tərəfdən qoparılaraq hesab mexanizmi süni saxlanılması və izlərin olması) görə qüsurun bərpa olunması üçün xx.xx.2018-ci il tarixli 708208 nömrəli protokola əsasında 166,32 manat məbləğində sərfiyyat hesablanmışdır. W=0,50 kVt x 24 saat x(0,7)x180 gün=1512 kVtsx0,11 man=166,32 manat. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00084 olan İddiaçı Ağcabədi rayonunun Köyük kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona US 708208 nömrəli protokola əsasən 166,32 manat məbləğində sərfiyyat hesablanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən onun adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2018-ci il tarixdə 708208 nömrəli protokol tərtib olunmuş və sayğac dəyişdirilərək yenisi ilə əvəz olunmuş, laboratoriyada yoxlamadan keçirilmişdir. Protokol tərtib olunarkən və sayğac yoxlamadan keçirilərkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, həmin hərəkətlər iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə aparılmamış və istehlakçı tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00084 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin evində quraşdırılmış sayğaca müdaxilə edildiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, hazırda İddiaçı yaşadığı fərdi yaşayış evinin sayğacına tərtib olunmuş xx.xx.2018-ci il tarixli, 708208 nömrəli protokol əsasında hesablanmış sərfiyyat 180 gün hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən sayğaca müdaxilə edildiyi müddət 180 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə sayğaca müdaxilə etdiyini və 180 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. W= 1,20 kVt x 24 saat x (0,7) x 30 gün = 604 kVts x 0,11 man=66,52 manat. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00084 olan abunəçiyə xx.xx.2018-ci il tarixli 708208 nömrəli protokola əsasən 66,52 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq hesablanmış 166,32 manatın 99,80 manat (166,32 – 66,52 = 99,80) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00084 olan abunəçiyə (İddiaçı) xx.xx.2018-ci il tarixli 708208 nömrəli protokola əsasən hesablanmış 166,32 manat sərfiyyatın 99,80 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1110/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1110/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver