Məhkəmə qərarları › İş №2(017)-1138/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1138/2023

20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1138/2023 20.06.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 və Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, A 304545 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən ona 1046,6 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair adına A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmiş, X5 kitabında 18 fevral 2011-ci il tarixdə 1376 nömrə ilə uçota alınmışdır. A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəddə onun adı "Məntuqə" əvəzinə "Məntiqə" kimi yazılaraq yanlışlığa yol verilmişdir. Bu da torpaq sahəsinin sənədləşdirilməsində bir sıra çətinliklər yaradır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini, A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədinin ona yəni, Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən X2 Ağcabədi şəhəri ərazisindən 1046,6 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Buna dair X1 adına A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənəd verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ağcabədi şəhəri ərazisində yerləşən fərdi yaşayış evinə dair 304545 nömrəli torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü" sənədində hüquq sahiblərindən X1 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. İş materiallarında olan ie 839973 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 1935-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Ağcabədi RİHB-nın Ağcabədi şəhər üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi 1935ci ildə Şuşa şəhərində anadan olmuşdur. Hazırda ünvan 1 ünvanda yaşayır. Beləliklə, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Ağcabədi şəhəri ərazisindən Ərizəçi 1046,6 kv.metr həyətyanı torpaq sahəsi verilməsi, A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin Ərizəçi məxsus olması ərizəçinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.2-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilə adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. A 304545 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" adlı sənədin Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar