Məhkəmə qərarları › İş №2(017)-117/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-117/2023

09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-117/2023 09.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və hesablanmış cərimənin” ləğv edilməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və hesablanmış cərimənin” ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, İddiaçı məxsus Ağcabədi rayonunun Aşağı Avşar kəndində ki, evin elektrik sayğacı mövcuddur. Elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan onun evdə olmadığı vaxtda heç kimə məlumat vermədən xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlar tərtib etmiş və həmin aktlar əsasında ona ümumilikdə cəmi 1481 manat məbləğində borc yazılmışdır. Onun barəsində yazılmış aktda göstərilmişdir ki, guya sayğacdan kənar xətdən istifadə edilməsi aşkar olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən onun adına məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktların və hesablanmış borcların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədi ilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Ağcabədi rayon Aşağı Avşar kəndində İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı onlar həmin yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsini aşkar etmişlər. Bu isə "EEİQ" 8.32-ci, həmçinin "EQQQ"nin 1-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə ona: 03 mart 2020-ci il tarixli 172762 nömrəli akt əsasında 1,1 kvt x 24 saat 0,7 x 30 gün = 554 kvts (254 kvts x 0,11 man = 27,94 man; 300 kvts x 0,07 man = 21,00 man) cəmi 48,94 manat; 18 dekabr 2020-ci il tarixli 210379 nömrəli akt əsasında 1,03 kvt x 24 saat 0,7 x 270 gün = 4672 kvts (1972 kvts x 0,11 man = 216,92 man; 2700 kvts x 0,07 man = 189,00 man) cəmi 405,92 manat; 13 avqust 2021-ci il tarixli 232079 nömrəli akt əsasında 2,80 kvt x 24 saat 0,7 x 180 gün = 8467 kvts (6667 kvts x 0,11 man = 733,37 man; 1800 kvts x 0,07 man = 126,00 man) cəmi 859,37 manat; 26 avqust 2022-ci il tarixli 268977 nömrəli akt əsasında 0,64 kvt x 24 saat 0,7 x 180 gün = 1935 kvts (600 kvts x 0,09 man = 54 man; 1200 kvts x 0,08 man = 96,00 man; 135 kvts x 0,13 man= 17,55 man) cəmi 167,55 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 1935 kvts itirilmiş elektrik enerjisinin dəyərinin bərpa etmişlər. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlar ilə rəsmiləşdirilmişdir. İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozaraq, yəni abonent sayğacdan kənar xətdən istifadə etməklə təşkilata 1481 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həmin zərəri tam həcmdə ödəməlidir. İddiaçı protokolun ləğvini və artıq sərfiyyata görə hesablanmış cərimənin silinməsini xahiş edir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və protokolun qanunsuz tərtib edildiyini əsaslandıra bilməmişdir. Ona görə də iddia tələbi qanunsuz və əsasız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 172762 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 210379 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 232079 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00639 olan İddiaçı Ağcabədi rayonu Aşağı Avşar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlara əsasən 1481,78 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı hal-hazırda Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayır və qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlara əsasən ümumilikdə cəmi 1481,78 manat məbləğində sərfiyyat hesablanmışdır. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00639 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlar əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət müvafiq olaraq aktlar üzrə 30, 270, 180 və 180 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 30, 270, 180 və 180 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki: 172762 nömrəli akt üzrə: 1,1 kvt x 24 saat 0,7 x 30 gün = 554 kvts (254 kvts x 0,11 man = 27,94; manat; 300 kvts x 0,07 man = 21,00 manat) cəmi 48,94 manat; 210379 nömrəli akt üzrə: 1,03 kvt x 24 saat 0,7 x 30 gün = 519,12 kvts x 0,11 man = 57,10 manat; 232079 nömrəli akt üzrə: 2,80 kvt x 24 saat 0,7 x 30 gün = 1411,2 kvts (1111 kvts x 0,09 man = 99,99 man; 300 kvts x 0,07 man = 21,00 man) cəmi 120,99 manat; 268977 nömrəli akt üzrə: 0,64 kvt x 24 saat 0,7 x 30 gün = 322,56 kvts x 0,09 man = 29,03 manat olmaqla ümumilikdə cəmi 256,06 manat hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00639 olan abunəçiyə xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlara əsasən ümumilikdə 256,06 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq həmin 4 akt üzrə hesablanmış ümumilikdə cəmi 1481,78 manatın 1225,72 manat (1481,78 manat – 256,06 manat) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00639 olan abunəçiyə (İddiaçı) xx.xx.2020-ci il tarixli 172762 nömrəli, xx.xx.2020-ci il tarixli 210379 nömrəli, xx.xx.2021-ci il tarixli 232079 nömrəli və xx.xx.2022-ci il tarixli 268977 nömrəli aktlara əsasən hesablanmış 1481,78 manat sərfiyyatın 1225,72 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar