Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1174/2023 25.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın ləğv edilməsi və ona əsasən hesablanmış ziyanın silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 mart 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 2851,20 manat ziyanın silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda ailəsi ilə birlikdə Ağcabədi rayonu, Hüsülü kəndində yaşayır və evinə quraşdırılmış qaz sayğacı onun adınadır. Cavabdeh “Azəriqaz” X4 X9 İdarəsinin işçiləri onun evinə quraşdırılan qaz sayğacına baxış keçirmişlər. Bundan sonra ona məlum olmuşdur ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi onun barəsində tərtib etdiyi 27 mart 2023-cü il tarixli, ******* saylı aktda köhnə sayğacda nöqsan olduğu müəyyən olunmuş və həmin akt əsasında da ona itirilmiş təbii qazın bərpasına görə 2851,20 manat borc hesablanmışdır. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər. O, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona heç bir xəbərdarlıq edilməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş 2851,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı və onun ailə üzvləri Ağcabədi rayonu, Hüsülü kəndində yaşayır. İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və baxış zamanı kənar xəttən istifadə etməsi müəyyən edilmişdir. Faktla bağlı “Azəriqaz” X1 RQİİ-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən iddiaçının fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə 23760 m3 qaz sərfiyyatı hesablanmışdır. Bundan sonra itirilmiş təbii qazın bərpası üzrə İddiaçı abonent bazasındakı **********003100 nömrəli abonent koduna (abonent saldosuna) 2851,20 manat borc əlavə edilmiş və həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 27 mart 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı X3 fərdi yaşayış evinə (ünvan:Ağcabədi rayonu, Hüsülü kəndi, abonent kodu: **********003100) quraşdırılmış sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombu kəsildiyindən, sayğacın seriya nömrəsi yazılmış lövhə üzərində aşkar olunmadığından və sayğacı hərəkətə gətirən dişli çarx aşkar olunmadığından sayğacın dəyərinin və dəymiş ziyanın hesablanıb ödənilməsi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Azəriqaz» İB-nin Tərtər Regional Qİİ tərəfindən verilən 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, X6 (Ağcabədi rayonu, Hüsülü kəndi, abonent kodu: **********003100) ümumilikdə itirilmiş təbii qazın bərpası üzrə 23760 m3 qaz sərfiyyatı hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 20 aprel 2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı (abonent kodu: Ağcabədi rayonu, Hüsülü kəndi, abonent kodu: **********003100) itirilmiş təbii qazın bərpası üzrə itirilmiş təbii qazın dəyəri kimi 2851,20 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»na dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 28 dekabr 2016-cı il tarixli 180 nömrəli qərarının 2.12-ci bəndində əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»ın 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı Saatlı rayonu, Azadkənd kəndində quraşdırılmış qaz sayğacı «Azəriqaz» İstesalat Birliyinin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmiş, köhnə qaz sayğacı yoxlanılan zaman sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi, sayğacın seriya nömrəsi yazılmış lövhə üzərində aşkar olunmaması və sayğacı hərəkətə gətirən dişli çarx aşkar olunmaması müəyyən edilmişdir. Aşkar edilmiş faktla bağlı «Qazdan istifadə qaydalarının pozulması haqqında» 27 mart 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş, həmin akta əsasən itirilmiş qazın bərpası üzrə 23760 m3 təbii qaz sərfiyyatı hesablanmış və həmin itirilmiş təbii qaz sərfiyyatına görə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı 2851,20 manat borcun ödənilməsi tələb edilir. Ona görə də, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 mart 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş debitor borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı 27 mart 2023-cü il tarixli, ******* saylı aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, o tələbinin əsası kimi istinad etdiyi halı məhkəmədə qismən sübut edə bilmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Məhkəmə iclasında cavabdeh «Azəriqaz» İstesalat Birliyinin nümayəndəsi aktın əsaslı olmasını sübut edə bilsə də, itirilmiş qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatnın 23760 m3 olmasını məhkəmədə qismən sübut edə bilmişdir, eyni zamanda həmin ziyanın əsaslı olması barədə cavabdeh təşkilatın nümayəndəsi tərəfindən təqdim olunan sübut məhkəmədə qismən öz təsdiqini tapmışdır. İşin araşdırılan halları ilə müəyyən edildi ki, abonent İddiaçı evində işlədilən qaz işlədicilərinə görə 31 mart 2023-cü il tarixli akta əsasən 2851,20 manat borc hesablanmışdır. Həmçinin itirilmiş qazın bərpası üzrə hesablanmış qaz sərfiyyatının neçə gün müddətinə və ya itirilmiş qazın dəyərinin nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Belə halda itirilmiş təbii qazın bərpası üzrə hesablanmış 23760 m3 təbii qaz sərfiyyatının ən çoxu bir ay müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi qaz sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin 27 mart 2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı evində işlədilən qaz işlədicisinə görə itirilmiş qazın bərpası üzrə hesablanmış 23760 m3 təbii qaz sərfiyyatının altıda bir hissəsi (23760 m3:6=475,2 m3), itirilmiş qazın dəyəri 2851,20 manatdan 475,20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27 mart 2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı (abonent kodu: **********003100) yaşadığı Ağcabədi rayonu, Hüsülü kəndində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 23760 m3-dən 4752 m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 2851,20 manatdan 475,20 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz» İstehsalat Birliyinin “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı (abonent kodu: **********003100) yaşadığı Ağcabədi rayonu, Hüsülü kəndində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 23760 m3-dan 4752 m3-dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 2851,20 manatdan 475,20 manatadək azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1174/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1174/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver