Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-119/2023 09.02.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və hesablanmış cərimənin” ləğv edilməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və hesablanmış cərimənin” ləğv edilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonunun Aşağı Avşar kəndində ona məxsus evin elektrik sayğacı mövcuddur. Elektrik enerjisindən istifadə qaydalarına dəqiqliklə riayət edərək istifadə etmiş, heç bir vaxt qanun pozuntusuna yol verməmiş, sərf etdiyi enerjiyə görə borclarını vaxtlı-vaxtında ödəmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları heç bir əsas olmadan onun evdə olmadığı vaxtda heç kimə məlumat vermədən qeyd edilən tarixlərdə 4 akt tərtib etmiş ona cəmi 3497,74 manat borc yazılmışdır. Onun barəsində yazılmış aktda göstərilmişdir ki, guya sayğacdan kənar kənar xətdən istifadə edilməsi aşkar olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən onun adına məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2020-ci il tarixli 172750 nömrəli, xx.xx.2020-ci il tarixli 210380 nömrəli, xx.xx.2021-ci il tarixli 231760 nömrəli və xx.xx.2022-ci il tarixli 268976 nömrəli aktların və həmin aktlara əsasən hesablanmış borcların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izahatında göstərdi ki, əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"na və "Elektrik qurğularının quraşdırılması qaydaları"na əməl olunması vəziyyətini müəyyənləşdirmək məqsədi ilə xidməti ərazidə reyd keçirərkən xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə Ağcabədi rayon Aşağı Avşar kəndində İddiaçı məxsus fərdi yaşayış evinin enerji təchizatı sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış zamanı onlar həmin yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsini aşkar etmişlər. Bu isə "EEİQ" 8.32-ci, həmçinin "EQQQ"nin 1-v bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermaşa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə ona: 17 fevral 2020-ci il tarixli 172750 nömrəli akta əsasən 2,80 kvt x 24 saat (0,7) x 120 gün = 5645 kvts (4445 kvts x 0,11 man = 488,95 manat; 1200 kvts x 0,07 man = 84 manat) cəmi 572,95 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 5645 kvts itirilmiş elektrik enerjisinin dəyərinin bərpa etmişlər; 17 dekabr 2020-ci il tarixli 210380 nömrəli akta əsasən 6,7 kvt x 24 saat (0,7) x 90 gün = 13154 kvts (12254 kvts x 0,11 man = 1347,94 man; 900 kvts x 0,07 man = 63,00 man) cəmi 1410,94 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 13154 kvts itirilmiş elektrik enerjisinin dəyərinin bərpa etmişlər; 28 iyul 2021-ci il tarixli 231760 nömrəli akta əsasən 1,38 kvt x 24 saat (0,7) x 180 gün = 4173 kvts (2373 kvts x 0,11 man = 261,03 man; 1800 kvts x 0,07 man = 126,00 man) cəmi 387,03 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4173 kvts itirilmiş elektrik enerjisinin dəyərinin bərpa etmişlər; 26 avqust 2022-ci il tarixli 268976 nömrəli akta əsasən 3,08 kvt x 24 saat (0,7) x 180 gün = 9314 kvts (600 kvts x 0,09 man = 54 man; 1200 kvts x 0,08 man = 96,00 man; 7514 kvts x 0,13 man= 976,82 man) cəmi 1126,82 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 9314 kvts itirilmiş elektrik enerjisinin dəyərinin bərpa etmişlər. İddiaçının mülki hüquq pozuntusuna yol verməsi faktı xx.xx.2020-ci il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixli aktlar ilə rəsmiləşdirilmişdir. İddiaçı elektrik enerjisindən istifadə qaydalarını pozaraq, yəni abonent sayğacdan kənar xətdən istifadə etməklə təşkilata 3497,74 manat məbləğində maddi zərər vurduğu üçün qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həmin zərəri tam həcmdə ödəməlidir. İddiaçı protokolun ləğvini və artıq sərfiyyata görə hesablanmış cərimənin silinməsini xahiş edir. Lakin iddiaçı tərəf iddia ərizəsində irəli sürdüyü tələbi və protokolun qanunsuz tərtib edildiyini əsaslandıra bilməmişdir. Ona görə də iddia tələbi qanunsuz və əsasız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 172750 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 210380 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 231760 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 268976 nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı Ağcabədi rayonunun Aşağı Avşar kəndində yerləşən fərdi şəxsi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olması aşkar edilmişdir. Həmin akt "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri tərəfindən imza edilmiş, istehlakçının özü və yaxud nümayəndəsi tərəfindən imzalanmamışdır. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00182 olan İddiaçı Ağcabədi rayonu Aşağı Avşar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona 172750 nömrəli, 210380 nömrəli, 231760 nömrəli və 268976 nömrəli aktlara əsasən ümumilikdə cəmi 3497,74 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan və AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı hal-hazırda Ağcabədi rayonunun Aşağı Avşar kəndində yaşayır və qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı evində sayğac quraşdırılarkən öz adına qeydə alınmışdır. İddiaçı hazırda yaşadığı evdə yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən 172750 nömrəli, 210380 nömrəli, 231760 nömrəli və 268976 nömrəli aktlara əsasən ümumilikdə cəmi 3497,74 manat məbləğində sərfiyyat hesablanmışdır. Akt tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00182 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq elektrik enerjisindən istifadə etdiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 172750 nömrəli, 210380 nömrəli, 231760 nömrəli və 268976 nömrəli aktlar əsasında hesablanmış sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət müvafiq olaraq aktlar üzrə 90, 120, 180 və 180 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 90, 120, 180 və 180 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki: 172750 nömrəli akt üzrə: 2,80 kvt x 24 saat 0,7 x 30 gün = 1411,2 kvts (1111 kvts x 0,09 man = 99,99; manat; 300 kvts x 0,07 man = 21,00 manat) cəmi 120,99 manat; 210380 nömrəli akt üzrə: 6,7/2 kvt x 24 saat 0,7 x 30 gün = 1688,4 kvts (1333,4 kvts x 0,11 man = 152,72 manat; 300 kvts x 0,07 man = 21,00 man) cəmi 173,72 manat; 231760 nömrəli akt üzrə: 1,38 kvt x 24 saat 0,7 x 30 gün = 695,52 kvts (395,52 kvts x 0,11 man = 43,50 man; 300 kvts x 0,07 man = 21,00 man) cəmi 64,50 manat; 268976 nömrəli akt üzrə: 1,38 kvt x 24 saat 0,7 x 30 gün = 695,52 kvts (395,52 kvts x 0,11 man = 43,50 man; 300 kvts x 0,07 man = 21,00 man) cəmi 64,50 manat olmaqla ümumilikdə cəmi 423,71 manat hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, abunə kodu **********00182 olan abunəçiyə 172750 nömrəli, 210380 nömrəli, 231760 nömrəli və 268976 nömrəli aktlara əsasən ümumilikdə 423,71 manat sərfiyyat hesablanmalı olduğu nəzərə alınaraq həmin 4 akt üzrə hesablanmış ümumilikdə cəmi 3497,74 manatın 3074,03 manat (3497,74 manat – 423,71) hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00182 olan abunəçiyə (İddiaçı) 172750 nömrəli, 210380 nömrəli, 231760 nömrəli və 268976 nömrəli aktlara əsasən hesablanmış 3497,74 manat sərfiyyatın 3074,03 manat hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-119/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-119/2023
09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver