Məhkəmə qərarları › İş №2(017)-1194/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1194/2025

20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1194/2025 20.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı atalığın müəyyən edilməsi və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında, məhkəmənin binasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh olmasına dair atalıq faktının müəyyən olunması, uşağın saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 100 faizi miqdarında aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, cavabdehlə faktiki nikah münasibətlərinə girməklə 12 aprel 2015-ci il tarixdə ailə qurmuş, nikahları qeydə alınmamışdır. Cavabdeh ilə olan faktiki nikahlarından xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 adlı uşaqları anadan olmuş, həmin vaxt onların nikahları olmadığına görə uşaqların doğum haqqında şəhadətnaməsində soyadı ananın soyadı ilə yazılmışdır. Hazırda cavabdehlə bir yerdə yaşamır, uşaqlar onun yanında qalır. Bu günə kimi uşağın saxlanmasında cavabdeh heç bir maddi köməklik göstərməmişdir. Ona görə də xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh olmasına dair atalıq faktının müəyyən olunması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay minimum əmək haqqının 100 faizi miqdarında aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərdi ki, Cavabdeh və İddiaçı yaxından tanıyır. Eyni zamanda Sevinc onun qaynı qızıdır. Onların toyunda iştirak etmiş, bir qohum kimi bir-birinin məclislərində iştirak etmişlər. Cavabdeh İddiaçı ilə 2015-ci ildə el adətinə uyğun olaraq evlənib, qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların qeyri-rəsmi nikahlarından xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 adlı uşaqları doğulmuş, sonradan onların ər-arvad münasibətləri pozulmuş, hazırda tərəflər ayrı-ayrı ünvanlarda yaşayırlar. Uşaqların hər iksi analarının yanında qalır. Məhkəmə iclasında şahidlər X5 və X4 şahid X1 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV 713652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Uşağın atası qrafasında X10, anası qrafasında İddiaçı kimi yazılmışdır. İş materiallarında olan AZ-İV 538974 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Uşağın atası qrafasında X10, anası qrafasında İddiaçı kimi yazılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh qeyri-rəsmi nikahlarından onların xx.xx.2016-cı il tarixdə X7 və xx.xx.2020-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Uşaqlar anadan olduğu vaxt İddiaçı ilə Cavabdeh rəsmi nikahları olmadığına və atalıq müəyyən edilmədiyinə görə hər iki uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasında Cavabdeh yazılmamışdır. Hazırda iddiaçı ilə cavabdeh başqa-başqa ünvanlarda yaşayırlar. Uşaq analarının yanında qalır. Cavabdeh uşağın saxlanmasında və tərbiyəsində iştirak etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə görə uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 188-ci maddəsinə əsasən atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsinə əsasən atalığın etiraf olunması faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası olması müəyyən edilməlidir. Həmçinin uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və uşağın mənafeyi ilə üzərinə aliment öhdəliyi qoyulan valideynin maddi imkanları arasında ədalət tarazlığına riayət olunması zərurəti nəzərə alınmaqla, məhkəmə hesab edir ki, tərəflərin faktiki nikahından xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 atası olması faktı müəyyən edilsin. xx.xx.2016-cı il tarixdə anadan olmuş X7 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissdə təmin edilməsin. Alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar