Məhkəmə qərarları › İş №2(017)-121/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-121/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-121/2024 30.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan 2022-ci il buraxılışlı, “Khazar SD” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin geri qaytarılması, 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 12 oktyabr 2023-cü il tarixə 727,79 manat gecikdirilmiş əsas borc, 13,10 manat hesablanmış dəbbə pulu, cəmi 740,89 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi 21 dekabr 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 may 2022-ci il tarixli, MAS-5185 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 noyabr 2023-cü il tarixə 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 370,81 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 640,30 manat zərər, cəmi 2146,51 manat borc və 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh X4 arasında bağlanmış 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən illik 17,5 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla, 407,50 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 05 oktyabr 2022-ci il tarixdə X4, X5 və İddiaçı MMC arasında MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri T.Cəfərov öz üzərinə götürmüşdür. 14 oktyabr 2022-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi risqi lizinq alana keçir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun istifadə etdikdə lizin obyektini işlək halda saxlamdıqda və buda onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizin ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh iddiaçının mülkiyyətində olan avtomobili iddiaçıya təhvil vermiş və avtomobil təhvil alınarkən avtomobilə 640,30 manat zərər dəyməsi müəyyən edilmişdir. Ona görə də 03 may 2022-ci il tarixli, MAS-5185 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 noyabr 2023-cü il tarixə 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 370,81 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 640,30 manat zərər, cəmi 2146,51 manat borc və 100,40 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsinə əsasən lizinqə verilmiş, İddiaçı MMC-yə məxsus “Khazar SD” minik markalı **-PS-*** qeydiyyat nişanlı avtomobil 03 may 2022-ci il tarixdə X3 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İşdə olan 05 oktyabr 2022-ci il tarixli MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, bu müqavilə X4, X5 və İddiaçı MMC arasında bağlanmış və 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri T.Cəfərov öz üzərinə götürmüşdür. İşdə olan 14 oktyabr 2022-ci il tarixli MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsindən görünür ki, bu müqavilə X5, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış və 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. İşdə olan 21 dekabr 2023-cü il tarixli 3043 saylı arayışdıan görünür ki, Cavabdeh 23 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsinə əsasən 06 noyabr 2023cü il tarixə 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 370,81 manat dəbbə pulu, cəmi 1506,21 manat borcu vardır. İşdə olan 06 noyabr 2023-cü il tarixli aktdan görünür ki, “Khazar SD” minik markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobil 06 noyabr 2023-cü il tarixdə İddiaçı MMC-yə təhvil verilmişdir. İşdə olan servis arayışından görünür ki, İddiaçı MMC-yə məxsus “Khazar SD” minik markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobilə 640,30 manat ziyan dəymişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2022-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən Cavabdeh illik 17,5 faiz hesablanmaqla 48 ay müddətə hər ay sabit məbləğ olmaqla, 407,50 manat, ümumilikdə isə 22565 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. 05 oktyabr 2022-ci il tarixdə X4, X5 və İddiaçı MMC arasında MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi”müqaviləsi bağlanmış və 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri T.Cəfərov öz üzərinə götürmüşdür. 14 oktyabr 2022-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-5185 saylı “Öhdəliklərin ötürülməsi”müqaviləsi bağlanmış və 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsinin 1.1-ci bəndinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (əlavə № 3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 faiz hesablanmaqla cərimə ödəyir. Daxili lizinq müqaviləsinin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Daxili lizinq müqaviləsinin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Daxili lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi risqi lizinq alana keçir. Daxili lizinq müqaviləsinin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun istifadə etdikdə lizin obyektini işlək halda saxlamdıqda və buda onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizin ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. Ona görə də 03 may 2022-ci il tarixli, MAS-5185 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 06 noyabr 2023-cü il tarixə 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 370,81 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 640,30 manat zərər, cəmi 2146,51 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748.1-ci maddəsinin tələbinə görə lizinq müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrəlizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə görə lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı 03 may 2022-ci il tarixli, MAS-5185 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə görə 06 noyabr 2023-cü il tarixə 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və həmin günə hesablanmış 370,81 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 640,30 manat zərər, cəmi 2146,51 manat borcu tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 370,81 manat məbləğində dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 30 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və 30 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 640,30 manat zərər, cəmi 1805,70 manat pul alınaraq İddiaçı MMC-yə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 20 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 100 manat dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 100,40 manat dövlət rüsumu və xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 988 manat gecikdirilmiş əsas, 147,40 gecikdirilmiş mükafat və 30 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə dəymiş 640,30 manat zərər, ödənilmiş 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 1905 (bir min doqquz yüz beş) manat 70 (yetmiş) qəpik alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiənə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar