Məhkəmə qərarları › İş №2(017)-1257/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1257/2023

24.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1257/2023 24.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 avqust 2020-ci il tarixdə vəfat etmiş atası X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 25 avqust 2020-ci il tarixdə vəfat etmiş atası X1 Ağcabədi şəhər, H.Aslanov küçəsində yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyri-yaşayış binası miras qalmışdır. Hazırda həmin torpaq sahəsini vərəsəlik qaydasında adına rəsmiləşdirmək üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, ona vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 04 may 2023-cü il tarixli, 487 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq mərhum atası X1 miras qalmış Ağcabədi şəhər, H.Aslanov küçəsində yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyriyaşayış binasına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi çıxarışdan görünür ki, Ağcabədi şəhər, H.Aslanov küçəsindı yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyri-yaşayış binası mərhum X2 mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 avqust 2020-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 04 may 2023-cü il tarixli, 487 saylı məktubundan görünür ki, İddiaçı Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək atası X2 25 avqust 2020-ci il tarixdə vəfat etdiyini, ondan miras qalmış Ağcabədi şəhər, H.Aslanov küçəsində yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyri-yaşayış binasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçıının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X4 15 avqust 2020-ci il tarixdə vəfat etmiş və ondan Ağcabədi şəhər, H.Aslanov küçəsində yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyri-yaşayış binası miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 15 avqust 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Ağcabədi şəhər, H.Aslanov küçəsində yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyri-yaşayış binasına vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 215 avqust 2020-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Ağcabədi şəhər, H.Aslanov küçəsində yerləşən 0,006 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 51,84 kv.m olan qeyri-yaşayış binasına vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar