Məhkəmə qərarları › İş №2(017)-129/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-129/2024

23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-129/2024 23.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək RX seriyalı ******* nömrəli X1 və Ərizəçi məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək bildirdi ki, RX seriyalı ******* nömrəli Çıxarış əsasən X7 və Ərizəçi və ailə üzvlərinə (5 nəfərdən ibarət ailə üzvlərinə) Ağcabədi rayonunun Avşar kəndi ərazisindən 0,1099 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpağa dair adlarına reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmiş, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli kitabın 75 nömrəli vərəqində qeyd alınmışdır. Həmin Çıxarışda texniki səhv olaraq hüquq sahiblərindən mərhum atalarının adı “X7” əvəzinə “X9” və iddiaçının adı “Ərizəçi” əvəzinə “X10” kimi yazılaraq yanlışlığa yol verilmişdir. Mərhum ataları X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ondan qalan mirasın qəbul edilməsində və torpağa dair müəyyən sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklərlə qarşılaşırlar. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan Çıxarışda mülkiyyətçi kimi 5 nəfərin adı, o cümlədən X9 və X3 adları yazılmışdır. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli kitabın 75 nömrəli vərəqində qeyd alınmışdır. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin və AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 152969 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə Ağcabədi rayonunun Avşar kəndində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, torpağa mülkiyyət hüququna dair RX seriyalı ******* nömrəli Çıxarış sənədində hüquq sahiblərindən X4 dəyişdirilərək X7, X3 dəyişdirilərək Ərizəçi kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Beləliklə, torpağa mülkiyyət hüququna dair reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan Çıxarışın 5 nəfərə, o cümlədən mərhum X5 və Ərizəçi məxsus olması ərizəçinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu, digər iş materialları ilə tamamilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, torpağa mülkiyyət hüququna dair reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan Çıxarışın 5 nəfərə, o cümlədən mərhum X5 və Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair reyestr nömrəsi **********09, qeydiyyat nömrəsi ********** olan Çıxarışın 5 nəfərə, o cümlədən mərhum X7 və Ərizəçi məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar