Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1310/2023 25.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş 151525 nömrəli aktın etibarsız hesab edilməsi və bununla əlaqədar hesablanmış 1014 manat borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş 151525 nömrəli aktın etibarsız hesab edilməsi və bununla əlaqədar hesablanmış 1014 manat borcun ləğv edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxışı müxtəlif tarixlərə təyin olunsa da, bu barədə işin baxılma yeri və vaxtı barədə tərəflərə müvafiq məhkəmə bildirişləri göndərilsə də, tərəflər məhkəmə iclaslarına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasn iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün və işə onların iştirakı olmadan baxmağı xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş 151525 nömrəli aktın etibarsız hesab edilməsi və bununla əlaqədar hesablanmış 1014 manat borcun ləğv edilməsi tələbinə dair iddia ərizəsi tərəflər məhkəməyə gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-1310/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1310/2023
25.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver