Məhkəmə qərarları › İş №2(017)-1322/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1322/2025

30.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1322/2025 30.09.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X12, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək uşaqları X13, X5 və X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və izahatında göstərdi ki, uşaqları - X13 xx.xx.1993-cü il, X5 xx.xx.1994-cü il və X18 xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində doğulmuşlar. Hələ uşaq yaşlarından onlarda psixi qüsurların olması onlara məlum olmuşdur. Uşaqları xəstəlikdən dəfələrlə müalicə olunmuşlar. Uşaqların hər üçü onun himayəsində yaşayırlar. X13, X5 və X18 öz hərəkətlərinin mənasını dərk etmir, başa düşmür, yaddaşı zəifdir, yuxusu yoxdur. Özüözünü idarə edə bilmirlər, başqasının köməyinə ehtiyacları vardır. Onları evdə nəzarətsiz qoya bilmir. X13, X5 və X18 psixi qüsurlarının nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. X8 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, psixotik epizodlarla gedən ağır dərəcəli ağıl zəifliyi, pik xəstəliyi zamanı demensiya” diaqnozu qoyulmuş, üçüncü qrup əlilik dərəcəsi, X3 “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, oliqofreniya ağır debillik dərəcəsində ciddi qulluq və müalicə tələb edən davranış pozuntusu” diaqnozu qoyulmuş, birinci qrup əlilik dərəcəsi və X14 “spastik hemiplegiya, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli ağıl zəifliyi, hemiplegik spastik serebral iflic, uşaq serebral iflicinin davamlı qalıqları, yerişin pozulmaları, yerişin pozulması” diaqnozu qoyulmuş, ikinci qrup əlilik dərəcəsi verilmişdir. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X13, X5 və X18 Ərizəçi doğma övladlarıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2190 nömrəli rəyindən görünür ki, X6 demensiya (ağıl zəifliyi) müəyyən edilir. X13 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarına malik deyil. X9 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2191 nömrəli rəyindən görünür ki, X2 “uşaq serebral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik” müəyyən edilir. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 2192 nömrəli rəyindən görünür ki, X11 uşaq serebral iflici nəticəsində yaranan orta dərəcəli, davranış pozuntuları ilə müəyyən edilir. X18 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X15 (rəydə səhvən X1 yazılmışdır) psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X13, xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X5 və xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 320.2, 321.2-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1993-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X13, xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X5 və xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunun Hacıbədəlli kəndində anadan olmuş X18 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar