Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-134/2024 14.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB Tərtər X4 idarəsinə qarşı 19 sentyabr 2018-ci il il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun Ağcabədi rayonu, Avşar kəndində fərdi yaşayış evi vardır. Həmin yaşayış evində istifadə edilən qaz sayğacı onun adınadır. Ağcabədi rayonu, Avşar kəndində olan yaşayış evində qaz çəkilən vaxtdan son illərə kimi qazdan istifadə etmiş və qaza görə heç bir borcu olmamışdır. Onun istifadəsində olan qaz sayğacına Cavabdeh Tərtər X4 idarəsinin Ağcabədi Xidmət Sahəsinin əməkdaşları tərəfindən heç bir təqsiri olmaya-olmaya onun adına olan qaz sayğacına görə ona 19 sentyabr 2018-ci il il tarixli, AKT-0121654 saylı akt yazılmışdır. Həmin akt guya sayğacın çıxış borusunun kənar təsir nəticəsində deşilməsi ilə bağlı yazılmışdır. Lakin nə onun, nədə ki, ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Onun adına olan qaz sayğacı evin hasarından çöldə quraşdırılmışdır. Onlar tərəfindən sayğac həmişə qorunmuş, heç bir müdaxilə edilməmişdir. Lakin buna baxmayaraq Tərtər X4 idarəsi məsələni düzgün araşdırmadan baş vermiş hadisəyə görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuş və 19 sentyabr 2018-ci il il tarixli, AKT ******* saylı akt əsasında onun üzərinə 1208 manat 58 qəpik məbləğində cərimə yazmışdır. O, həmin aktı düzgün və qanuni hesab etmir. Ona görə də Tərtər RQİİ-ti tərəfindən yazılmış 19 sentyabr 2018-ci il il tarixli, AKT ******* saylı aktın ləğv edilməsi və cərimənin silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək İ-qrup gözdən əlil olmasını, 2017-ci il tarixdən Ağcabədi rayonu, Avşar kəndində yerləşən fərdi yaşayış evində yaşamadıqlarını, 25 avqust 2023-cü il tarixdə əraziyə baxan nəzarətçi ona bildirmiş ki, X5 İstimarı İdarəsinin mütəxəsissləri tərəfindən ona məxsus qaz sayğacına baxış keçirilərək akt tərtib edilmiş və həmin akta əsasən 1208 manat 58 qəpik cərimə hesablandığını, həmin aktı 01 sentyabr 2023-cü il tarixdə Ağcabədi rayonu Qaz İstismarı şöbəsindən aldığını, o, heç vaxt sayğaca müdaxilə etmədiyini, sayğac dəyişilən vaxt ona sayğaca müdaxilə olunmadığı deyilsədə və bir müddət sonra cərimə yazıldığını bildirib, məhkəmədən iddianın təmin olunmasını və cərimənin silinməsini xahiş etdi . Cavabdeh Tərtər RQİİ-nə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan Cavabdeh İB Tərtər RQİİ Ağcabədi XS-si tərəfindən tərtib edilmiş 19 sentyabr 2018-ci il il tarixli, AKT ******* saylı aktdan görünür ki, İddiaçı adına olan qaz sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəsindəv verilmiş, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı birinci dərəcəli gözdən əlildir. Göründüyü kimi iddiaçının sayğacının çıxış plastmas borusu deşilməsi, sayğacın minimal sərfiyyatla-10 faiz nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatla keçən yükü qeyd etməməsi aşkar olunduqdan sonra istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən: -Qaz sayğacının nominal qaz sərfi 1.2x6x180=1296 kub.metr, 08x18x180= 2592 kub.metr və1.5x8x180=2160 kub.metr hesablanmışdır. Qeyd etmək lazımdır ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfi hesabat müddəti 180 gün götürülmüşdür. Bu da istehlakçının və onun ailəsinin maddi vəziyyətini həddən artıq ağırlaşdırmaqla yanaşı, həmçinin ailəni çətin duruma salmışdır. Aparılmış hesabat istehlakçının sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsinə adekvat olmamışdır. Ona görə də məhkəmə itirilmiş qazın bərpası üçün aparılmış hesabatda istehlakçının hər gün üçün qaz sərfiyyatının 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməsini ağlabatan və məntiqli hesab edir. İnsan Hüquqlarının və X2 X1 6-cı maddəsinə görə hər kəs onun mülki hüququ və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iş üzrə araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, istehlakçı təbii qazdan istifadə etmiş, lakin vaxtlı-vaxtında da qazdan istifadəyə görə pulunu ödəyə bilməmiş, borcu yaranmışdır. Bu səbəbdən istehlakçı sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etmiş, yoxlama zamanı nəzarətçilər tərəfindən sayğaca müdaxilə aşkar edilərək, istehlakçı barəsində akt tərtib olunmuş, həmin akt əsasında itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabat aparılarkən itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfinin hesabat müddəti 180 gün götürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında itirilmiş qazın bərpası üçün istehlakçının hər gün üçün qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün götürülməlidir. Belə olan halda istehlakçının evində istifadə edilən itirilmiş qazın bərpası üçün aparılmış hesabat: -Qaz sayğacının nominal qaz sərfi 4 kub.m/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 30 gün qəbul edilməklə, yəni 4 x 4 x 30 = 480 kub.metr x 0,12 manat = 57,60 manat məbləğində hesablanmalıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək istehlakçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1208.50 manat cərimənin 1150.90 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216, 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Tərtər RQİİ-nin Ağcabədi XS-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 19 sentyabr 2018-ci il il tarixli, AKT ******* saylı akta əsasən ona hesablanmış 1208 manat 50 qəpik cərimənin 1150 manat 90 qəpik hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №2(017)-134/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-134/2024
14.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver