Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1351/2023 03.10.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, arvadı X4 xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Hal-hazırda onunla birlikdə ərarvad kimi Ağcabədi rayonunun Şənlik kəndində yaşayır. Arvadı bir çox xəstəlikdən əziyyət çəkir, birinci qrup əlillik dərəcəsi verilmişdir. Dəfələrlə müalicə olunmuşdur. Hazırda onun himayəsində yaşayır. X4 öz hərəkətlərinin mənasını dərk etmir, başa düşmür, yaddaşı zəifdir, yuxusu yoxdur. Hazırda özü-özünü idarə edə bilmir, başqasının köməyinə ehtiyacı vardır. Onu evdə nəzarətsiz qoya bilmirlər. X4 psixi qüsurlarının nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Ağcabədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəlik, Övladlığa Götürmək komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA1204330 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Təqdim olunmuş AZ-İ 052524 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 Ərizəçi ilə xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 2400 nömrəli rəyindən görünür ki, X3 hazırda vaskulyar demensiya (ağıl zəifliyi) müəyyən edilir. X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 320.2, 321.2-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1351/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1351/2023
03.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver