Məhkəmə qərarları › İş №2(017)-1379/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1379/2024

10.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1379/2024 10.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı ötürülmüş müddətin bərpa olunnması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 yanvar 2013-cü il tarixdə vəfat etmiş, mərhum əri X3 verilmiş torpaq sahəsi hazırda ailə üzvləri ilə birlikdə onların istifadəsindədir. Mərhum ərinin payına düşən torpaq sahəsi ilə bağlı ayrıca Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alınması məqsədilə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün cavabdeh X6 Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, lakin ona qanunla müəyyən olunmuş müddəti ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etdikdən sonra buraxılmış müddət üzürlü hesab edilməsi məsələsinə baxılacaqdır. Odur ki, iddia ərizənin təmin edilməsinə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum əri X2 adına olan pay torpaq sahəsi hazırda onun istifadəsindədir. Qanunu bilmədiyi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti ötürdüyünü bildirərək, mərhum əri 14 yanvar 2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********69 serialı çıxarışa əsasən 1.7 hektar torpaq sahəsi və **********68 serialı Çıxarışa əsasən 0.4 hektar torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün qanunvericiliklə müəyyən edilmiş, lakin ötürülmüş müddətin üzürlü hesab edilərək uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 14 yanvar 2013-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 14 iyun 2024-ci il tarixli, 954 saylı məktubundan görünür ki, İddiaçı Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək həyat yoldaşı X2 14 yanvar 2013-cü il tarixdə vəfat etdiyini, ondan miras qalmış torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X4 14 yanvar 2013-cü il tarixdə vəfat etmiş və ondan torpaq sahəsi miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 14 yanvar 2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********69 serialı çıxarışa əsasən 1.7 hektar torpaq sahəsi və **********68 serialı Çıxarışa əsasən 0.4 hektar torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 14 yanvar 2013-cü il tarixdə vəfat etmiş X1 miras qalmış Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş **********69 serialı çıxarışa əsasən 1.7 hektar torpaq sahəsi və **********68 serialı Çıxarışa əsasən 0.4 hektar torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar