Məhkəmə qərarları › İş №2(017)-1389/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1389/2023

21.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1389/2023 21.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçilər X5 və Ərizəçi2 iştirakı ilə, Sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN-0007 saylı KOD 60813028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə, JN-0007 saylı KOD 60813028 nömrəli dövlət aktına əsasən 3,93 hektar torpaq sahəsi kənd təsərüfatı məshsulları istehsalı üçün X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktında onun soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən X1 qeyd olunmuşdur. Bu barədə düzəliş edilməsi üçün müxtəlif orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq JN-0007 saylı KOD 60813028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə, JN-0007 saylı KOD 60813028 nömrəli dövlət aktına əsasən 3,93 hektar torpaq sahəsi kənd təsərüfatı məshsulları istehsalı üçün X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin Dövlət aktında onun soyadı, adı və ata adı Ərizəçi2 əvəzinə səhvən X3 qeyd olunmuşdur. Bu barədə düzəliş edilməsi üçün müxtəlif orqanlara müraciət etsə də, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq JN-0007 saylı KOD 60813028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 6 saylı ərazi idarəsinə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinin tələbinə əsaslanaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə anadan olmuş və onun soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci il tarixdə anadan olmuş və onun soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş JN-0007 saylı KOD 60813028 nömrəli Dövlət aktının surətindən görünür ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,93 hektar torpaq sahəsi kənd təsərüfatı məshsulları istehsalı üçün X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və həmin Dövlət aktında Ərizəçi1 soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən X1 və Ərizəçi2 soyadı, adı və ata adı Ərizəçi2 əvəzinə səhvən X3 qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli imtina məktubundan görünür ki, X4 X1 və X7 Ərizəçi2 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamış və bununla bağlı müvafiq məhkəmə sitansiyasına müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birlikərin, siyasi partiyaarın bileti, hərbi sənədlər, pasport və müvafiq icra orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialları araşdırılarkən müəyyən olundu ki, JN-0007 saylı KOD 60813028 nömrəli Dövlət aktı ilə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,93 hektar torpaq sahəsi kənd təsərüfatı məshsulları istehsalı üçün X6 və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş və həmin Dövlət aktında Ərizəçi1 soyadı, adı və ata adı Ərizəçi1 əvəzinə səhvən X1 və Ərizəçi2 soyadı, adı və ata adı Ərizəçi2 əvəzinə səhvən X3 qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,93 hektar torpaq sahəsinə dair JN-0007 saylı KOD 60813028 nömrəli Dövlət aktında hüquq sahibi kimi qeyd edilmiş X8 qeydinin Ərizəçi1 kimi oxunaraq Ərizəçi1 və X9 qeydinin Ərizəçi2 kimi oxunaraq Ərizəçi2 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə 3,93 hektar torpaq sahəsinə dair JN-0007 saylı KOD 60813028 nömrəli Dövlət aktında hüquq sahibi kimi qeyd edilmiş X8 qeydinin Ərizəçi1 kimi oxunaraq Ərizəçi1 və X9 qeydinin Ərizəçi2 kimi oxunaraq Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar