Məhkəmə qərarları › İş №2(017)-1395/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1395/2025

12.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1395/2025 12.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 25 noyabr 2022-ci il tarixdən 11 iyun 2024cü il tarixədək tərtib olunmuş bütün aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış borcun silinməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonu, İ.Qayıbov küçəsində yaşayır. Lakin qeydiyyat ünvanı Ağcabədi rayonu, Avşar kəndində qeydiyyatdadır. Həmin kəntdə mərhum anası X1 evi yerləşir. Anası xəstə olduğu üçün bir müddət onunla yaşamış və ona qulluq etmişdir. Həmin vaxt onlar yaşayan evə SMART tipli elektrik sayğacı onun adına qeydə alınmışdır. Mərhum anası X4 28 sentyabr 2022-ci il tarixdə vəfat etmiş, o, anasının ölümündən sonra Rusiya Fedarasiyasına həyat yoldaşının yanına getmiş, 04 dekabr 2024-cü il tarixdə isə Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra ona məlum olmuşdur ki, həmin dövrlər ərzində onun adına aktlar tərtib edilmiş və ümumilikdə 1858,04 cərimə yazılmışdır. Halbu ki, aktların tərtib edildiyi dövrlərdə o, Rusiya Fedarasiyasında olmuşdur. İstehlakçının barəsində yazılmış aktlarda göstərilmişdir ki, guya abonent elektrik sayğacının giriş xəttinin şəbəkədən açıq olmasını, mənzili qidalandıran naqillərin şəbəkəyə birbaşa birləşdirməklə elektrik enerjisindən sayğacdan kənar istifadə etmişdir. Aktların tərtib olunmasında cavabdeh təşkilatın əməkdaşlarından başqa heç kim cəlb edilməmiş, tam qanunsuz olaraq aktlar tərtib olunmuşdur. Ona görə də "xxxx" ASC tərəfindən hazırda onun adına olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş 1858,04 manat məbləğində hesablanmış borcun silinməsinə və həmin aktların ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş cərimənin silinməsi barədə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə edilmiş “X3 Qaydaları”nın tələblərinə əsasən Ağcabədi rayon ərazisində yerləşən iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə Ağcabədi EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının elektik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur. Buna əsasən də, itirilmiş enerjinin bərpası məqsədi ilə 1759,04 manat dəyərində vurulmuş ziyan hesablanmışdır. İddiaçı əsas halı, yəni sayğacdan kənar xətt vasitəsi ilə X3 etməsini və bu faktın aşkar olunmasını nəzərə almayaraq 27 mart 2023-cü il tarixli, R 298020 nömrəli, 17 noyabr 2023-cü il tarixli, R 283083 nömrəli, 24 avqust 2023-cü il tarixli, 310397 nömrəli, 16 noyabr 2023-cü il tarixli, R321221 nömrəli, 18 yanvar 2024-cü il tarixli R 321490 nömrəli, və 27 may 2024-cü il tarixli R 340128 nömrəli aktların ləğv edilməsi barədə məhkəməyə əsası olmayan iddia ilə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə də tərtib edilmiş R 283083 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə də tərtib edilmiş R 298020 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə də tərtib edilmiş 310397 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixdə də tərtib edilmiş R321221 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə də tərtib edilmiş R 321490 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə də tərtib edilmiş R 340128 nömrəli aktın surətindən görünür ki, kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonent əlavə naqil vasitəsi ilə şəbəkəyə birbaşa birləşdirilməsi (sxemdən kənar xətt daxil olması), bununla da elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş "Abunə haqqında" sənədin surətindən görünür ki, abunə kodu **********00001 olan İddiaçı Ağcabədi rayonunun Avşar kəndində yerləşən evində quraşdırılmış sayğacla əlaqədar elektrik istismarı qaydalarının pozulması nəticəsində ona xx.xx.2022-ci il tarixdə də tərtib edilmiş R 283083 nömrəli akt əsasında 290,36 manat, xx.xx.2023-cü il tarixdə də tərtib edilmiş R 298020 nömrəli akt əsasında 566,29 manat, xx.xx.2023-cü il tarixdə də tərtib edilmiş 310397 nömrəli akt əsasında 311,86 manat, xx.xx.2023-cü il tarixdə də tərtib edilmiş R321221 nömrəli akt əsasında 82,11 manat, xx.xx.2024-cü il tarixdə də tərtib edilmiş R 321490 nömrəli akt əsasında 294,84 manat və xx.xx.2024-cü il tarixdə də tərtib edilmiş R 340128 nömrəli akt əsasında isə 213,58 manat məbləğində olmaqla ümumilikdə cəmi 1759,04 manat məbləğində sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə edilmiş Ağcabədi rayonu Aşağı Avşar İƏD-si üzrə nümayəndəliyindən verilmiş 16 yanvar 2025-ci il tarixli 386 nömrəli arayışdan görünür ki, İddiaçı anası vəfat etdikdən sonra 2022-ci ilin oktyabr ayından Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan qaynanası X2 evində yaşamış, 04 may 2023-cü il tarixdən Rusiya Fedarasiyasına getmiş, 04 dekabr 2024-cü il tarixdə Azərbaycana gəlmişdir. İş materiallarına əlavə edilmiş Ağcabədi rayonu Aşağı Avşar İƏD-si üzrə nümayəndəliyindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı anası vəfat etdikdən sonra 2022-ci ilin oktyabr ayından Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yaşayan qaynanası X2 evində yaşamış, 04 may 2023-cü il tarixdən Rusiya Fedarasiyasına getmiş, 04 dekabr 2024-cü il tarixdə Azərbaycana gəlmişdir. İddiaçı adına qeydə alınmış elektrik sayğacının yerləşdiyi evdə 2022-ci ilin oktyabr ayından 2024-cü ilin dekabr ayına kimi heç bir yaşayış olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mərhum anası X1 evində sayğac quraşdırılarkən İddiaçı adına qeydə alınmışdır. İddiaçı 04 may 2023-ci il tarixdə Rusiya Fedarasiyasına getmiş, 04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdeh təşkilatın nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə R 283083 nömrəli akt, xx.xx.2023-cü il tarixdə R 298020 nömrəli akt, xx.xx.2023-cü il tarixdə də 310397 nömrəli akt, xx.xx.2023-cü il tarixdə də R321221 nömrəli akt xx.xx.2024-cü il tarixdə R 321490 nömrəli akt və xx.xx.2024-cü il tarixdə də R 340128 nömrəli akt tərtib olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə də tərtib edilmiş R 283083 nömrəli akt əsasında 290,36 manat, xx.xx.2023-cü il tarixdə də tərtib edilmiş R 298020 nömrəli akt əsasında 566,29 manat, xx.xx.2023-cü il tarixdə də tərtib edilmiş 310397 nömrəli akt əsasında 311,86 manat, xx.xx.2023-cü il tarixdə də tərtib edilmiş R321221 nömrəli akt əsasında 82,11 manat, xx.xx.2024-cü il tarixdə də tərtib edilmiş R 321490 nömrəli akt əsasında 294,84 manat və xx.xx.2024-cü il tarixdə də tərtib edilmiş R 340128 nömrəli akt əsasında isə 213,58 manat məbləğində olmaqla ümumilikdə cəmi 1759,04 manat sərfiyyat hesablanmışdır. Aktlar tərtib olunarkən abonentin nümayəndəsi (və ya özü) iştirak etməmişdir. Yoxlama birtərəfli qaydada aparılmış, akt iddiaçı və ya onun nümayəndəsinin iştirakı ilə tərtib olunmamış və sonuncular tərəfindən imzalanmamışdır. Kod nömrəsi **********00001 olan abunəçinin sayğacının yoxlaması zamanı abonentin sayğacdan kənar əlavə xətt vasitəsilə qoşularaq X3 etdiyi aşkar edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbi qanunsuz və əsasız olduğuna görə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası nazirlər kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektirik enerjisindən istifadə” qaydalarının 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı məxsus olan fərdi yaşayış evinin sayğacından tərtib olunmuş xx.xx.2022-ci il tarixdə R 283083 nömrəli akt, xx.xx.2023-cü il tarixdə R 298020 nömrəli akt, xx.xx.2023-cü il tarixdə də 310397 nömrəli akt, xx.xx.2023-cü il tarixdə də R321221 nömrəli akt xx.xx.2024-cü il tarixdə R 321490 nömrəli akt və xx.xx.2024-cü il tarixdə də R 340128 nömrəli akt əsasında sərfiyyat bir aydan artıq müddətə hesablanmışdır. Belə ki, həmin sərfiyyat hesablanarkən kənar xətdən istifadə edildiyi müddət 300 gün götürülmüş, halbuki elektrik sərfiyyatına nəzarəti həyata keçirən əməkdaşlar tərəfindən mütəmadi yoxlama keçirildiyi halda, həmin nöqsan vaxtında aşkar edilməmiş və yol verilmiş pozuntu vaxtında aşkar olunaraq aradan qaldırılmamışdır. Ona görə də məhkəmə kənar xətdən istifadə edildiyi müddəti 300 gün əvəzinə mütəmadi yoxlamalarla aşkar edilmədiyi səbəbindən pozuntunun yol verildiyi müddəti 30 gün hesablanmasını qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi xx.xx.2022-ci il tarixdə R 283083 nömrəli, xx.xx.2023-cü il tarixdə R 298020 nömrəli, xx.xx.2023-cü il tarixdə 310397 nömrəli, xx.xx.2023-cü il tarixdə R321221 nömrəli, xx.xx.2024-cü il tarixdə R 321490 nömrəli, və xx.xx.2024-cü il tarixdə R 340128 nömrəli aktların ləğv edilməsi və həmin aktlar üzrə hesablanmış borcların silinməsi hissəsində qismən təmin edilməli, abunə kodu **********00001 olan abunəçiyə xx.xx.2022-ci il tarixdə R 283083 nömrəli akt üzrə 1,078 kvt x 24 saat x (0,7) x 300 gün = 5433 kvts, -2000 kvts x 0,08 man = 160 manat, -1000 kvts x 0,09 manat = 90 manat, -2433 kvts x 0,13 man =316,29 manat cəmi 566, 29 manat xx.xx.2023-cü il tarixdə R 298020 nömrəli akt ürə 1,1 kvt x 24 saat x (0,7) x 150 gün = 2772 kvts, -1000 kvts x 0,08 man = 80 manat, -500 kvts x 0,09 manat = 45 manat, -1272 kvts x 0,13 man =165,36 manat cəmi 290, 36 manat, xx.xx.2023-cü il tarixdə də 310397 nömrəli akt üzrə 1,1 kvt x 24 saat x (0,7) x 150 gün = 2772 kvts, -600 kvts x 0,08 man = 48,00 manat, -300 kvts x 0,09 manat = 27,00 manat, -1822 kvts x 0,13 man =236,86 manat cəmi 311,86 manat, xx.xx.2023-cü il tarixdə R321221 nömrəli akt üzrə 0,84 kvt x 24 saat x (0,7) x 60 gün = 847 kvts, -400 kvts x 0,08 man = 32,00 manat, -200 kvts x 0,09 manat = 18,00 manat, -247 kvts x 0,13 man = 32,11 manat, cəmi 82,11 manat, xx.xx.2024-cü il tarixdə R 321490 nömrəli akt üzrə 4,5 kvt x 24 saat x (0,7) x 30 gün = 2268 kvts, -2266 kvts x 0,13 man = 294,84 manat, cəmi 294,84 manat və xx.xx.2024-cü il tarixdə də R 340128 nömrəli akt üzrə 1,3 kvt x 24 saat x (0,7) x 90 gün = 1966 kvts, -600 kvts x 0,08 man = 48,00 manat, -300 kvts x 0,09 manat = 27,00 manat, - 1066 kvts x 0,13 man =138,58 manat cəmi 213,58 manat altı akt üzrə hesablanmış cəmi 1759,04 manatın 1,468.68 manat hissəsi silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixli R 283083 nömrəli, xx.xx.2023-cü il tarixli R 298020 nömrəli, xx.xx.2023-cü il tarixli 310397 nömrəli, xx.xx.2023-cü il tarixli R321221 nömrəli, xx.xx.2024-cü il tarixli R 321490 nömrəli, və xx.xx.2024-cü il tarixli R 340128 nömrəli aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış cərimənin silinməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən abunə kodu **********00001 olan abunəçiyə (İddiaçı) xx.xx.2022-ci il tarixli R 283083 nömrəli, xx.xx.2023-cü il tarixli R 298020 nömrəli, xx.xx.2023-cü il tarixli 310397 nömrəli, xx.xx.2023-cü il tarixli R321221 nömrəli, xx.xx.2024-cü il tarixli R 321490 nömrəli, və xx.xx.2024-cü il tarixli R 340128 nömrəli aktlara əsasən hesablanmış cəmi 1759,04 manat cərimənin 1,468.68 manat hissəsi silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar