Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1407/2023 30.08.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “X2 Qaydaları”nın pozulması haqqında aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Ağcabədi Elektrik şəbəkəsi tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Hüsülü kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Evinə quraşdırılmış elektrik sayğacı mərhum X4nun adınadır. X4 13 iyul 2021-ci il tarixdə vəfat etmişdir. 02 may 2023-cü ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən fərdi yaşayış evinə X2 etmək üçün quraşdırılmış elektrik sayğacına baxış keçirilərkən X2 qaydalarının pozulması halı aşkar etdikləri üçün NDM 032644 saylı akt tərtib etmişlər. Həmin aktda kənar xətt vasitəsi ilə X2 edildiyi qeyd edilmişdir. Bundan sonra, cavabdeh təşkilatın işçiləri tərəfindən 02 may 2023-cü il tarixli akta əsasən mərhum X4nun adına 1013 manat cərimə hesablanmışdır. Cavabdeh təşkilatın işçilərinə elektrik enerjisindən qanunsuz istifadə etməməsini və sayğaca müdaxilə etmədiyini bildirmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Belə ki, nə o, nə də ailə üzvləri müdaxilə etməmiş və heç bir kənar xətdən istifadə etməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli NDM 032644 saylı aktın ləğv olunması və həmin akta əsasən hesablanmış 1013 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" ASC-nin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də, məhkəməyə ünvanladığı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 02 may 2023-cü il tarixli NDM 032644 saylı aktın və həmin akta əsasən hesablanmış ziyanın ləğv edilməsi barədə iddiası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə edilmiş “X2 Qaydaları”nın tələblərinə əsasən Ağcabədi rayon ərazisində yerləşən iddiaçıya məxsus yaşayış evinin sayğac uçot dəstinə Ağcabədi EŞ-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman iddiaçının elektik enerjisindən kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur. Buna əsasən də, itirilmiş enerjinin bərpası məqsədi ilə 1013 manat dəyərində vurulmuş ziyan hesablanmışdır. İddiaçı əsas halı, yəni sayğacdan kənar xətt vasitəsi ilə X2 etməsini və bu faktın aşkar olunmasını nəzərə almayaraq 02 may 2023-cü il tarixli NDM 032644 saylı aktın ləğv edilməsi barədə məhkəməyə əsası olmayan iddia ilə müraciət etmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanması və quraşdırılması haqqında 02 may 2023-cü il tarixli NDM 032644 saylı aktdan görünür ki, abonent X6 fərdi yaşayış evinə (ünvan:Ağcabədi rayonu Hüsülü kəndi, abonent kodu: **********00584) quraşdırılmış elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə etdiyi aşkar olunmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş abunə haqqında cədvəldən (saldodan) görünür ki, Ağcabədi Elektrik X1 adına **********00584 saylı kodla qeydiyyata alınmış fərdi yaşayış evində itirilmiş enerji dəyəri kimi 2023-cü ilin may ayında akta əsasən 1013 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında 27 may 1985-ci il tarixdə bağlanmış 30 saylı nikah qeydi vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 iyul 2021-ci il tarixdə ölmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən olundu ki, İddiaçı yaşadığı Ağcabədi rayonu Hüsülü kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacı mərhum X6 adınadır və həmin sayğaca "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən 02 may 2023-cü il tarixdə baxış keçirilən zaman elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə edildiyi aşkar olunmuşdur. Aşkar edilmiş faktla bağlı 02 may 2023-cü il tarixli NDM 032644 saylı akt tərtib edilmişdir. “EEİQ”-nın tələblərinə əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 02 may 2023-cü il tarixli akta əsasən 300 gün müddətində ümumilikdə 1013 manat itirilmiş enerji dəyəri hesablanmış və həmin məbləğ cavabdeh tərəfindən mərhum X3 tələb olunaraq mərhum X6 abonent dövriyyəsinə əlavə olunmuşdur. İddiaçı 02 may 2023-cü il tarixli aktı mübahisələndirərək həmin aktın əsaslı olmadığını tələb etsə də, tələbinin əsası kimi istinad etdiyi halı (tərtib edilmiş aktın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»na riayət olunmamaqla tərtib edilməsini və fərdi yaşayış evini təmin edən elektirik sayğacından kənar xətt vasitəsi ilə istifadə etməməsini) məhkəmədə sübut edə bilməmişdir. Digər tərəfdən də, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O, da nəzərə alınmalıdır ki, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 02 may 2023-cü il tarixli NDM 032644 saylı aktın əsaslı olması sübut edilsə də, itirilmiş enerji dəyərinin 1013 manat olması məhkəmədə qismən təsdiqini tapmışdır, yəni işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı Ağcabədi rayonu Hüsülü kəndində yerləşən fərdi yaşayış evinə X2 etmək üçün quraşdırılmış elektrik sayğacından kənar xətt vasitəsi ilə istifadə etməsinə görə itirilmiş enerji dəyərinin neçə gün müddətinə və ya nə qədər pul məbləği ilə hesablanmasına dair hər hansı müqavilə tərəflər arasında bağlanmamışdır. Belə halda itirilmiş enerji dəyərinə görə hesabat müddəti kimi hesablanmış 300 günün ən çoxu 30 gün müddətində hesablanması daha ağlabatandır. Belə ki, cavabdeh təşkilat sayğaca hər ay baxış keçirərək sərfiyyatı qeyd edib abonentə bildiriş verməlidir. Əgər sayğacda hər hansı qüsur aşkarlanarsa və ya sayğaca müdaxilə edilibsə növbəti ayda cavabdeh təşkilatın səlahiyyətli nümayəndəsi elektrik sərfiyyatını çıxararkən sayğacda hər hansı qüsurun və ya sayğaca müdaxilənin olmasını aşkar etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını və bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 02 may 2023-cü il tarixli, NDM 032644 saylı akt əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən mərhum X3 tələb edilən itirilmiş enerji dəyəri kimi 1013 manatın 1/10 hissəsini, yəni bir ayını (1013 manat:10=100,13 manat) 100,13 manat tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, X2 Qaydalarının pozulması barədə 02 may 2023-cü il tarixli, NDM 032644 saylı akta əsasən mərhum X6 barəsində itirilmiş enerji dəyəri kimi hesablanmış 1013 manat ziyan 100,13 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 02 may 2023-cü il tarixli, NDM 032644 saylı saylı akt əsasında mərhum X6 abonent saldosuna (abonent kodu: **********00584, ünvan Ağcabədi rayonu Hüsülü kəndi) itirilmiş enerji dəyəri kimi hesablanmış 1013 (bir min on üç) manat ziyan 100 (bir yüz) manat 13 (on üç) qəpiyədək azaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-1407/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1407/2023
30.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver