Məhkəmə qərarları › İş №2(017)-1435/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1435/2023

14.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1435/2023 14.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 20 iyun 2020-ci il tarixli, AKT NDM 018993 saylı, 06 oktyabr 2022-ci il tarixli, AKT R 276361 saylı və 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı aktların ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Şuşa rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Ağcabədi şəhərində məskunlaşıb yaşayır. Onların məskunlaşıb yaşadığı poçt binasında elektrik sayğacı onun adına rəsmiləşdirilmişdir. Hər ay sayğacdakı enerji sərfiyyatına görə enerji pulunu vaxtlı vaxtında ödəmiş və heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya abonent kənar xəttən istifadə etməsi ilə bağlı yazılmışdır. Sayğacın yoxlanılması barədə 20 iyun 2020-ci il tarixli, AKT NDM 018993 saylı akt tərtib edilmiş və tərtib olunmuş akta əsasən ona 376 manat 42 qəpik, 06 oktyabr 2022-ci il tarixli, AKT R 276361 saylı akt tərtib edilmiş və tərtib olunmuş akta əsasən ona 491 manat 40 qəpik və 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı akt tərtib edilmiş və tərtib olunmuş akta əsasən ona 432 manat 38 qəpik məbləğində enerji sərfiyyatına görə cərimələr yazılmışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktlarda göstərilir ki, guya elektrik sayğacından kənar xətdən istifadə olunması faktı aşkar olunmuşdur. Onun adına qərəzçiliklə heç bir hüquqi əsası olmadan 376 manat 42 qəpik, 491 manat 40 qəpik və 432 manat 38 qəpik məbləğində cərimələr yazıblar. O, həmin aktları düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 20 iyun 2020-ci il tarixli, AKT NDN 018993 saylı, 06 oktyabr 2022-ci il tarixli, AKT R 276361 saylı və 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı aktların və bununla əlaqədar yazılmış cərimələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək maddi imkanının çətin olmasını, oğlu X1 müharibəsi iştirakçısı olmasını və məcburi köçkün olmasını nəzərə alaraq məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə iddiaya qarşı etiraz göndərərək göstərmişdir ki, Şuşa şəhərindən məcburi köçkün kimi müvəqqəti olaraq Ağcabədi şəhərində yaşayan İddiaçı məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı İddiaçı istifadəsində olan sayğacdan kənar xətdən istifadə olunması faktı aşkar olunmuş və bu isə «EEİQ-nın 8,32ci, həmçinin «EQQQ-nın İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermasa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə İddiaçı 20 iyun 2020-ci il tarixli, AKT NDM 018993 saylı akt tərtib edilərək 2 kvt x 0.7 x 24 saat x 145 gün = 4872 kvts (1450 kvts x 0,07 man. = 102,00 man; 3422 kvts x 0,11 man. = 376.00 man. məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. İddiaçı barəsində 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı akt tərtib edilərək 1,1 kvt x 24 saat x (0,7) x 180 gün = 3326 kvts, (-3326 kvts x 0,13 man. = 432,38 man), cəmi 910 manat 38 qəpik məbləğində əlavə ödəniş hesablamaqla müəssisəyə vurduğu ziyan kimi 8198 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 20 iyun 2020-ci il tarixli, AKT NDN 018993 saylı və 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı aktların ləğv edilməsi və hesablanmış debitor borclarının silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 20 iyun 2020-ci il tarixli, AKT NDN 018993 saylı aktda göstərilir ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xətdən istifadə olunur. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmədar Cəmiyyəti tərəfindən tərtib edilmiş 06 oktyabr 2022-ci il tarixli, AKT R 276361 saylı aktda göstərilir ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacdan kənar xətdən istifadə olunur. İş materiallarına əlavə edilmiş "xxxx" Asıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı aktda göstərilir ki, İddiaçı adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın giriş xətləri zədələnib birbaşa xətdən istifadə olunur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1962-ci il tarixdə Əskəran rayonunun Kosalar kəndində anadan olmuş, Şuşa rayonunun Xəlfəli kəndində qeydiyyatda olmaqla hazırda müvəqqəti olaraq Ağcabədi şəhərində yaşayır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şuşa rayonunun Xəlfəli kəndində qeydiyyatda olmaqla, Ağcabədi şəhərində yaşayır. O, mübahisələndirdiyi aktlara əsasən hesablanmış məbləği ödəmişdir. Belə ki, o, 13 yanvar 2023-cü il tarixdə 300 manat, 19 yanvar 2023-cü il tarixdə 200 manat, 26 aprel 2023-cü il tarixdə 100 manat və 28 aprel 2023-cü il tarixdə 400 manat ödəniş etmişdir. Beləliklə o, ilin nəticəsi ilə razılaşmış, yəni saygacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə etməsini faktiki etiraf etmişdir. Evində yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Buna baxmayaraq sayğacdan kənar xətdən istifadə olunması aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı istifadəsində olan evinin sayğacına tərtib olunmuş 20 iyun 2020-ci il tarixli, AKT NDM 018993 saylı, 06 oktyabr 2022-ci il tarixli, AKT R 276361 saylı və 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı aktları düzgün yazılıb, lakin itirilən enerjiyə görə cəmi 1.300 manat 20 qəpik məbləğində cərimənin ümumilikdhə 1.000 manatı ödənildiyi üçün qismən silinməli, akta uyğun olaraq enerjiyə görə 300 manat 20 qəpik silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında İddiaçı barəsində yazılmış 20 iyun 2020-ci il tarixli, AKT NDM 018993 saylı, 06 oktyabr 2022-ci il tarixli, AKT R 276361 saylı və 15 may 2023-cü il tarixli, AKT R 301022 saylı aktlara əsasən hesablanmış 1.300 manat 20 qəpik məbləğində cərimədən 300 maat 20 qəpik məbləğində hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar