Məhkəmə qərarları › İş №2(017)-1477/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1477/2023

29.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1477/2023 29.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi X2 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı və 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktların ləğv edilməsi və cərimənin silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Avşar kəndində yaşayır. Onların yaşadığı Avşar kəndində elektrik sayğacı onun atası X1 adına rəsmiləşdirilmişdir. Atası Şahin 23 iyun 2020-ci il tarixdə rəhmətə gedib. O, ata evində yaşayır və həmin sayğacdan istifadə edir. Hər ay sayğacdakı enerji sərfiyyatına görə enerji pulunu vaxtlı - vaxtında ödəmiş və heç bir borcu olmamışdır. Lakin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən onun evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı guya sayğacın alt qapaq və dövlət möhürü müdaxiləlidir və sayğac keçən işığı qeyd etmir və yararsız hala düşməsi ilə bağlı yazılmışdır. Sayğacın yoxlanılması barədə 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı və 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən ona cəmi 1381 manat 42 qəpik məbləğində enerji sərfiyyatına görə cərimələr yazılmışdır. Onun barəsində "xxxx" ASC-nin Satışa Nəzarət idarəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş aktlarda göstərilir ki, guya sayğacın alt qapaq və dövlət möhürü müdaxiləlidir və sayğac keçən işığı qeyd etmir və yararsız hala düşməsi faktı aşkar olunmuşdur. Onun adına qərəzçiliklə heç bir hüquqi əsası olmadan 1.381 manat 42 qəpik məbləğində cərimələr yazıblar. O, həmin aktları düzgün və qanuni hesab etmir. Ona görə də "xxxx" ASC -ti tərəfindən onun adına tərtib olunmuş 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı və 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktların və bununla əlaqədar yazılmış cərimələrin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək mərhum atası X1 adına olan işıq sayğacına yazılmış cərimə aktlarındhan 17 fevral 2020-ci il tarixli akt üzrə hesablanmış 1281 manat 98 qəpik məbləğində cərimə atasının vəfatından əvvəl ödənildiyini, 06 avqust 2020ci il tarixli akta əsasən hesablanmış cərimə isə ödənilmədiyini bildirib, maddi imkanının çətin olmasını nəzərə alaraq məhkəmədən iddianın tam təmin olunmasını xahiş etdi . Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə iddiaya qarşı etiraz göndərərək göstərmişdir ki, Ağcabədi rayonunun Avşar kəndində yaşayan İddiaçı mərhum atası X3 məxsus evin enerji təchizat sxeminə və hesablaşma elektrik sayğacına baxış keçirilmiş və baxış zamanı mərhum X1 adına olan sayğacın alt qapaq və dövlət möhürü müdaxiləlidir və sayğac keçən işığı qeyd etmir və yararsız hala düşməsi faktı aşkar olunmuş və bu isə «EEİQ»-nın və «EQQQ-nın İ-V bəndlərinin istehlakçı tərəfindən pozulması faktıdır. Yenidən hesablaşma keçən yükün ampermasa adlı cihaz vasitəsi ilə ölçülməsi əsasında aparılmışdır. Nəticədə mərhum X1 adına 17 fevral 2020-ci il tarixli AKT 172703 saylı akt tərtib edilərək 3,52 kvt x 24 saat x (0.7) x 210 gün = 12418 kvts (-2100 kvts x 0,07 man. = 147,00 man), (-10318 kvts x 0,11 man. = 1134,98 man) 1.281 manat 98 qəpik məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 12418 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmiş və əsaslı olaraq qanuni akt tərtib edilmişdir. İddiaçı Ələkbərov Şövşən Şahin oqğlunun mərhum atası X5 barəsində 06 avqust 2020-ci il tarixli, AKT 188127 saylı akt tərtib edilərək 1,80 kvt x 24 saat x (0,7) x 180 gün = 5443 kvts, (-1800 kvts x 0,07 man. = 126,00 man), (-3643 kvts x 0,11 man = 400,75 man) 526,75 manat məbləğində əlavə ödəniş hesablamaqla müəssisəyə vurduğu ziyan kimi 5443 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyəri bərpa olunmuşdur. "xxxx" ASC-nə qarşı barəsində tərtib olunmuş 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı və 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktların ləğv edilməsi və hesablanmış debitor borclarının silinməsi tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı aktda göstərilir ki, X1 adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın alt qapaq və dövlət möhürü müdaxiləlidi, sayğac keçən yükü qeyd etmir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmədar Cəmiyyəti tərəfindən tərtib edilmiş 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktda göstərilir ki, X1 adına olan sayğaca baxış keçirilmiş və məlum olmuşdur ki, sayğac yanıb yararsız hala düşmüşdür.. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1980-ci il tarixdə Ağcabədi rayonunun Üzeyirkənd kəndində anadan olmuş, hazırda Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Ağcabədi rayonunun Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 iyun 2020-ci il tarixli, AZ-İİ 090996 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 iyun 2020-ci il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Ağcabədi rayonunun Avşar kəndində qeydiyyatda olmaqla yaşayır. O, mübahisələndirdiyi aktlara əsasən hesablanmış məbləğin bir hissəsini ödəmişdir. Hazırda onun 744 manat 02 qəpik borcu qalmışdır. Beləliklə o, ilin nəticəsi ilə razılaşmış, yəni saygaca edilən müdaxilə vasitəsilə elektrik enerjisindən istifadə etməsini faktiki etiraf etmişdir. Evində yaşayan zaman işıq enerjisindən istifadə edir və vaxtlı-vaxtında da işıq pulunu ödəyib. Buna baxmayaraq sayğaca müdaxilə edilməsi aşkar olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində … hüquqi şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsində göstərilir ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəində göstərilir ki, şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə kimi qiymətləndirir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı istifadəsində olan evinin sayğacına tərtib olunmuş 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı və 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktları düzgün yazılıb, lakin iddiaçı mübahisələndirdiyi aktlardan 20 fevral 2020-ci il tarixli akta əsasən hesablanmış cərimədən 1281 manat 98 qəpik ödəniş etmiş, beləliklə o, işin nəticəsi ilə razılaşmış, yəni elektrik enerjisindən istifadə qaydalarıın tələblərini pozmasını faktiki etiraf etmişdir. Ona görə 526 manat 75 qəpik silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında mərhum X5 barəsində yazılmış 17 fevral 2020-ci il tarixli, AKT 172703 saylı və 06 avqust 2020-ci il tarixli, AKT R 188127 saylı aktlara əsasən hesablanmış 1.808 manat 73 qəpik məbləğində cərimədən 526 maat 75 qəpik məbləğində hissəsi silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi andan bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar