Məhkəmə qərarları › İş №2(017)-1490/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1490/2024

21.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1490/2024 21.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və izahatında göstərdi ki, X1 xx.xx.2006-cı il tarixdə Ağcabədi rayonunda doğulmuşdur. Hələ uşaq yaşlarından onda psixi qüsurların olması onlara məlum olmuşdur. Dəfələrlə müalicə olunmuşdur. Onun himayəsində yaşayır. X1 öz hərəkətlərinin mənasını dərk etmir, başa düşmür, yaddaşı zəifdir, yuxusu yoxdur. Özü-özünü idarə edə bilmir, başqasının köməyinə ehtiyacı vardır. Onu evdə nəzarətsiz qoya bilmir. X5 psixi qüsurlarının nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Ona “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə, nitq qüsuru İQ-38 ” diaqnozu qoyulmuşdur. Birinci qrup əlilik dərəcəsi verilmişdir. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs yanında Qəyyumluq və Himayəlik, Övladlığa Götürmək komissiyası məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA3513902 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İ 758044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 Ərizəçi oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2842 nömrəli rəyindən görünür ki, X4 əvvəllər “orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” qeyd olunmuşdur. X5 hal-hazırda orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şurlu idarə etmək iqtidarına malik deyil. X5 psixi fəaliyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işdə olan sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 320.2, 321.2-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar