Məhkəmə qərarları › İş №2(017)-1490/2025

Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1490/2025

25.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1490/2025 25.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Ağcabədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komisiyyasına qarşı şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Ağcabədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komisiyyasına qarşı şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1970-ci il tarixdə anadan olmuş, İİ qrup əlil X1 fəaliyyət qabiliyyəstsiz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş sənədlər şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi üçün kifayət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsində göstərilir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.1.5-ci maddəsində göstərilir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə geri qaytarılır. Həmin Məcəllənin 152.2-ci maddəsinin tələbinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 149.2.2, 152.1.1, 152.4, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxs Ağcabədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komisiyyasına qarşı şəxsin fəaliyyət qabiliyyətsiz hesab edilməsi tələbi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddianın qaytarılmasına səbəb olmuş nöqsan aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması ərizəço Ərizəçi izah edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar