Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-150/2025 06.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02 may 2023-cü il tarixdə vəfat etmiş əri X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********36-05302-093032 saylı çıxarışa əsasən 62,60 kv.m yaşayış evinə və "xxxx" ASC-də girov qoyulmuş 114 qram qızıl-zinət əşyalarına vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 02 may 2023-cü il tarixdə vəfat etmiş əri X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********36-05302- 093032 saylı çıxarışa əsasən 62,60 kv.m yaşayış evi və "xxxx" ASC-də girov qoyulmuş 114 qram qızıl-zinət əşyaları miras qalmışdır. Hazırda həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək və qızıl-zinət əşyalarını əldə etmək üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Lakin, ona vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddətin buraxılması göstərilərək Ağcabədi regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin 21 oktyabr 2024-cü il tarixli, 1614 saylı məktubu ilə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 21 aprel 2022-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, X8 küçəsi 14 ünvanında yerləşən 62,60 kv.m sahədən ibarət mənzil X2 mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 iyun 2022-ci il tarixli aktından görünür ki, "xxxx" ASC-nin saxlancında X5 tərəfindən qoyulmuş 114 qram çəkidə 10 ədəd olmaqla, 9970 manat dəyərində qızıl-zinət əşyaları vardır. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mahmudov (Maxmudov) Elman İxtiyar oğlu 02 may 2023-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 21 oktyabr 2024-cü il tarixli, 1614 saylı məktubundan görünür ki, İddiaçı Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək əri X2 02 may 2023-cü il tarixdə vəfat etdiyini, əri X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********36-05302-093032 saylı çıxarışa əsasən 62,60 kv.m yaşayış evi və "xxxx" ASC-də girov qoyulmuş 114 qram qızıl-zinət əşyalarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçıının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X5 02 may 2023-cü il ölmüş və X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********36-05302-093032 saylı çıxarışa əsasən 62,60 kv.m yaşayış evi və "xxxx" ASC-də girov qoyulmuş 114 qram qızıl-zinət əşyaları miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 02 may 2023-cü il tarixdə vəfat etmiş Mahmudov (Maxmudov) Elman İxtiyar oğlundan miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********36-05302-093032 saylı çıxarışa əsasən 62,60 kv.m yaşayış evi və "xxxx" ASC-də girov qoyulmuş 114 qram qızıl-zinət əşyalarına vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 02 may 2023-cü il tarixdə vəfat etmiş Mahmudov (Maxmudov) Elman İxtiyar oğlundan miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********36-05302-093032 saylı çıxarışa əsasən 62,60 kv.m yaşayış evinə və "xxxx" ASC-də girov qoyulmuş 114 qram qızıl-zinət əşyalarına vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №2(017)-150/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-150/2025
06.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver