Məhkəmə qərarları › İş №2(017)-1597/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1597/2023

27.09.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1597/2023 27.09.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmənin iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi, X1 iştirakı ilə, X1 mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 mirasın qəbul edilməsi üçün itirilmiş müddətin uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 izahat verərək göstərdi ki, o, Laçın rayonundan məcburi köçkün kimi ünvan 1 qəsəbə, 316 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, 03 fevral 1983-cü il tarixdə X18 ilə Laçın rayonunun Leninkənd kənd sovetində rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. X8 12 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Mərhum əri Bəhrəm Bəxşəliyevin adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında qeydə alınmış KİA SORENTO minik markalı ** BC *** qeydiyyat nişanlı avtomobili var idi. Əri vəfat etdikdən sonra o, vərəsəlik şəhadətnaməsi əldə etmək üçün heç bir təşkilata müraciət etməmiş və elə zənn etmişdir ki, altı aydan sonra notariat ofisinə müraciət etməlidir. Bu onun savadsızlığından baş vermiş və mərhum əri Bəhrəm Bəxşəliyevin ölüm günündən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsinə səbəb olmuşdur. Mərhum əri Bəhrəm Baxşəliyevin vəfatından sonra ondan miras qalmış KİA SORENTO minik markalı ** BC *** qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanda qalmış, miras əmlak kimi onun tərəfindən qəbul edilmiş və daima onun nəzarətində olmuşdur. Mərhum əri Bəhrəmin vəfatından sonra nə onun valideynləri və nədə uşaqları Bəhrəmin ölüm günündən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş altı ay ərzində notariat ofisinə müraciət etməmişlər. Onun uşaqları və mərhumun valideynləri həmin avtomobilin onun adına sənədləşdirilməsinə öz razılıqlarını bilirmiş və notariat ofisinə ərizə verməyə razıdırlar. Əri vəfat etdikdən sonra ondan qalan miras əmlakını nə o, nədə valideynlərindən heç kim öz adına sənədləşdirməmişlər. Həmin miras əmlakı sənədləşdirmək üçün vərəsələrlə birlikdə Ağcabədi regional «Asan Xidmət» mərkəzində Notariat ofisinə müraciət etmişlər. Ona 13 mart 2023-cü il tarixli, 229 saylı məktubla ölüm günündən altı aylıq müddət ərzində mirasın qəbulu üçün müraciət etməyi bildirilmiş və ona itirilmiş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edərək uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X21 izahat verərək göstərdi ki, mərhum X18 onun doğma qardaşıdır. Qardaşı Bəhrəm 1983-cü ilin fevral ayında X13 ilə rəsmi nikah qeyd etdirməklşə evlənib ailə qurmuşlar. Qardaşı Bəhrəm 2022-ci ilin avqust ayının 12-də vəfat etmişdir. Mərhum qardaşı Bəhrəmdən KİA SORENTO minik markalı ** BC *** qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 və X10 eyni məzmunlu izahat verərək əmisi X14 izahatında göstərdiyi xüsusatları təsdiq etdilər və mərhum ataları X6 miras qalmış avtomobili anaları İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Maraqlı şəxs Ağcabədi regional «Asan Xidmət» Mərkəzində notariat ofisi məhkəməyə məktub göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 05/70-141/69 saylı arayışdan görünür ki, X18 ilə X4 arasında nikah 03 fevral 1983-cü il tarixdə 04 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Laçın rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 12 avqust 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Ağcabədi Regional «Asan Xidmət» Mərkəzində Ədliyyə Nazirliyinin notariat ofisi tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, 229 saylı məktubun məzmunundan görünür ki, Laçın rayonunun Ağbulaq kəndindən məcburi köçkün, ünvan 3 qəsəbə 316 saylı ünvanda yaşayan X13 12 avqust 2022-ci il tarixdə vəfat etmiş əri X6 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Ağcabədi Regional «Asan xidmət» Mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədləri təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Bu səbəbdən də məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Laçın rayonunun Ağbulaq kəndində qeydiyyatda olan X5 tərəfindən verilmiş ərizədən görünür ki, 12 avqust 2022-ci il tarixdə vəfat etmiş atası X11 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirnası qəbul etdiyi barədə ərizə verməklə, nədə əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş, etmək fikrində də deyildir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu, X36 küçəsi ev 1 mənzil 92-də qeydiyyatda olan X16 tərəfindən verilmiş ərizədən görünür ki, o, 12 avqust 2022-ci il tarixdə vəfat etmiş atası X7 qalmış mirası qəbul etməmiş, qəbul edilməsi ilə bağlı məhkəməyə iddia verməmiş və mirasa dair heç bir iddiası yoxdur. İş materiallarında olan Laçın rayonunun Ağbulaq kəndində qeydiyyatda olan X22 tərəfindən verilmiş ərizədən görünür ki, o, 12 avqust 2022-ci il tarixdə vəfat etmiş atası X11 ölümündən sonra nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə, nədə əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməyə başlamaqla mirası faktiki qəbul etməmiş və etmək fikrində deyildir. İş materiallarında olan Laçın rayonunun Ağbulaq kəndində qeydiyyatda olan X15 tərəfindən verilmiş ərizədən görünür ki, 12 avqust 2022-ci il tarixdə vəfat etmiş atası X7 miras qalmış əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanlarına müraciyyət etməyəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin iddiaçıya nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri iddiaçınin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcələnin 1248.1 və 1248.2-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, 12 avqust 2022-ci il tarixdə vəfat etmiş mərhum X6 miras qalmışdır. İddiaçı mərhum X12 arvadı olmaqla birinci növbə vərəsəsidir. X12 vərəsəsi İddiaçı miras əmlakı faktiki qəbul etmiş, üzrlü səbəbdən notarius ofisinə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində ərizə verməmiş, ona görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X12 vərəsəsi İddiaçı tərəfindən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notarius ofisinə müraciətin gecikdirilməsi üzrlü sayılmalı, X12 vərəsəsi İddiaçı Məhəməd qızı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qətetdi: Ərizə təmin edilsin. X12 vərəsəsi İddiaçı tərəfindən 12 avqust 2022-ci il tarixdə vəfat etmiş mərhum əri X6 miras qalmış KİA SORENTO minik markalı ** BC *** qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə vərəsəlik şəhadətnamə verilməsi üçün mirasın qəbulu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar