Məhkəmə qərarları › İş №2(017)-1611/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(017)-1611/2024

12.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(017)-1611/2024 12.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı itirilmiş müddətin bərpa olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X3 mərhum atası İddiaçı ilə 29 iyul 1981-ci il tarixdə rəsmi olaraq evlənmiş və birgə nikahlarından o, hazırki iş üzrə üçüncü şəxslər X7, X6 və X4 doğulmuşlar. X1 18 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 vəfat etməmişdən öncə “VAZ-21070 MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. Onun qeyd edilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün X13 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin ona qanunla müəyyən olunmuş müddəti ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamış və məhkəməyə müraciət etdikdən sonra buraxılmış müddət üzürlü hesab edilməsi məsələsinə baxılacaqdır. Odur ki, iddia ərizənin təmin edilməsinə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, X1 18 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Mərhum X1 vəfat etməmişdən öncə “VAZ-21070 MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişdir. O, qeyd edilən miras əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün X13 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin ona qanunla müəyyən olunmuş müddəti ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda həmin avtomobil onun istifadəsindədir və bununla bağlı vərəsələr arasında heç bir mübahisə yoxdur. Odur ki, mərhum X1ndan miras qalmış “VAZ-21070 MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnmaə alınması üçün qanunvericiliklə müəyyən edilmiş, lakin itirilmiş müddətin üzürlü hesab edərək bərpa olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” mərkəzində Notariat Ofisinin səlahiyyətli nümayəndəsi Rafael Məmmədov məktub göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştrak edə bilməyəcəklərini və işə onların iştrakı olmadan baxılmasını xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 18 avqust 2022-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinin 27 iyun 2024-ci il tarixli, 1003 saylı məktubundan görünür ki, iddiaçı Həmzəyev X9 Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edərək atası X5 18 avqust 2022-ci il tarixdə vəfat etdiyini, ondan miras qalmış “VAZ-21070 MİNİK” markalı 10SB734 dövlət qeydiyyat nişanlı avtomobilnə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyən olunmuş müddət buraxıldığı üçün notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. İş materialları ilə müəyyən edilmişdir ki, X8 18 avqust 2022-ci il tarixdə vəfat etmiş və ondan “VAZ-21070 MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. İddiaçı həmin mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Ağcabədi Regional “ASAN XİDMƏT” mərkəzində Notariat Ofisinə müraciət etsə də, vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün müəyyənləşdirilmiş müddəti keçirdiyindən notariat hərəkətlərinin aparılmasından imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işə əlavə edilmiş sənədləri yuxarıda göstərilən qaydada tədqiq edərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək 18 avqust 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış “VAZ-21070 MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. 18 avqust 2022-ci il tarixdə vəfat etmiş X2 miras qalmış “VAZ-21070 MİNİK” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomilə münasibətdə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması qanunvericiliklə müəyyən edilmiş, lakin itirilmiş müddətin buraxılma səbəbi üzürlü sayılaraq uzadılsın. Qətnamədən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar