Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № 2(017)-1626/2023 17.07.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlu Hacıyev Fuad Hacı oğlunun katibliyi ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq müəyyən etdim: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında” dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinin tələbinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, ərizəçi qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri aşağıdakı kimi müəyyən edilmişdir: Dövlət rüsumu tutulmalı olan Dövlət rüsumunun məbləği hərəkətlər 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi 100 manat icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlər əsasında hesab edirəm ki, ərizənin məhkəmə icraatına götürülməsi qeyri-mümkündür. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152, 263 və 268-ci maddələrini rəhbər tutub qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə qaytarılsın. Ərizənin qaytarılmasına səbəb olmuş nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №2(017)-1626/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №2(017)-1626/2023
17.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver